http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Prezident İlham Əliyev: Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk

23 Sentyabr 2023 , 11:20
Prezident İlham Əliyev: Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, məktubunda Kral Salman bin Əbdüləziz Al Səuda və səudiyyə xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularını çatdırmaqdan məmnunluq duyduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, İslam həmrəyliyi kimi möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələri əhatə edən ikitərəfli və çoxtərəfli müstəvidə faydalı əməkdaşlığımız, daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz qardaş ölkələrimiz arasında çoxşaxəli əlaqələri səciyyələndirən başlıca amillərdəndir. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığın inkişafında və möhkəmlənməsində Sizin böyük xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk”.

Siyasi əlaqələrimizin hazırkı səviyyəsinin və fəal dialoqun bütün sahələrdə, xüsusilə də energetika və investisiya qoyuluşu sahələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün yaxşı zəmin yaratdığını diqqətə çatdıran Azərbaycan Prezidenti bildirib: “Alternativ və bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirdiyi layihəni əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirirəm”.

Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə görə Səudiyyə Ərəbistanına minnətdarlığını ifadə edib.

“Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 06:53

    Efiopiyada yeni prezident bəlli olub
  • 06:36

    Ermənistan Cənubi Koreyadan tank alınması imkanını nəzərdən keçirir
  • 06:11

    Harris: İran ABŞ-nin əsas düşmənidir
  • 05:57

    Azərbaycan karateçiləri DÇ-də iştirak edəcəklər
  • 05:40

    KİV: HƏMAS lideri sağdır
  • 00:04

    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
  • Dünən
    23:46

    Floridada fövqəladə vəziyyət elan edilib
  • Dünən
    23:33

    “Hizbullah” döyüşçüləri deltaplanlardan istifadə edib
Menyu