http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Harris: İran ABŞ-nin əsas düşmənidir

08 Oktyabr 2024 , 06:11
Harris: İran ABŞ-nin əsas düşmənidir

ABŞ-nin vitse-prezidenti və ən yüksək hökumət postuna demokrat namizəd Kamala Harris seçkilərdə qalib gəlsə, Kiyevdən olan nümayəndələrin iştirakı olmadan Rusiya dövlət başçısı Vladimir Putinlə görüşdə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində açıqlayıb.

“Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə görüşərsinizmi” sualına o, belə cavab verib: “Ukraynasız ikitərəfli əsasda yox. Kiyev ölkənin gələcəyi ilə bağlı öz sözünü deməlidir”.

Xanım diplomat əlavə edib ki, İran dünyanın bütün ölkələri arasında ABŞ-nin əsas düşmənidir: “İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”.

ABŞ-nin vitse-prezidenti qeyd edib ki, Vaşinqton “Vahid Çin” siyasətinə əməl etməlidir: “Lakin bura Tayvanın özünümüdafiə imkanlarının dəstəklənməsi, o cümlədən Tayvan boğazında azadlığı təmin etmək üçün nə etməli olduğumuz daxildir. Biz Çinlə, xüsusən də hərbi əlaqələri açıq saxlamalıyıq”.

OXŞAR XƏBƏRLƏR
MKİ: "Yaxın Şərqdə münaqişənin regional gərginliyinin daha da artması təhlükəsi var"

MKİ: "Yaxın Şərqdə münaqişənin regional gərginliyinin daha da artması təhlükəsi var"

Ermənistan Cənubi Koreyadan tank alınması imkanını nəzərdən keçirir

Ermənistan Cənubi Koreyadan tank alınması imkanını nəzərdən keçirir

KİV: HƏMAS lideri sağdır

KİV: HƏMAS lideri sağdır

XƏBƏR LENTİ
  • 08:37

    Beyləqanda narkokuryerlik edən şəxslərdən 15 kiloqram marixuana aşkarlanıb
  • 08:32

    Əl-Cəzirə: İsrail bir il ərzində 108 fələstinli jurnalisti həbs edib
  • 08:18

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:34

    21-ci əsrin ən yaxşı Premyer Liqa məşqçiləri açıqlanıb
  • 07:31

    MKİ: "Yaxın Şərqdə münaqişənin regional gərginliyinin daha da artması təhlükəsi var"
  • 07:09

    Şuşa şəhərinə daha 16 ailə köçürülüb
    Şuşa şəhərinə daha 16 ailə köçürülüb
  • 06:36

    Ermənistan Cənubi Koreyadan tank alınması imkanını nəzərdən keçirir
  • 06:11

    Harris: İran ABŞ-nin əsas düşmənidir
Menyu