http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanın BMT-dəki Daimi nümayəndəsi Fransa nümayəndələri ilə görüşüb

23 Sentyabr 2023 , 12:25
Azərbaycanın BMT-dəki Daimi nümayəndəsi Fransa nümayəndələri ilə görüşüb

Qoşulmama Hərəkatının sədri statusunda ölkəmizin BMT-dəki Daimi nümayəndəsi Yaşar Əliyev Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb.
 
"Operativ Media" xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun 22 sentyabrda BMT-nin Nyu Yorkdakı Baş qərərgahında təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab” Konfransının iştirakçıları olan bu şəxslər Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın atdığı addımları və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.
 
Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Fransız Polineziyası, Qvadelupa müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, həmçinin Melaneziya Təşəbbüs Qrupunun katibi xüsusilə vurğulayıb ki, təmsil etdikləri siyasi partiyalar və hərəkatlar uzun illərdi Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparsalar da, BMT kimi nüfuzlu təşkilatın çərçivəsində ilk dəfədir kolonizasiyaya dair belə konfransda iştirak etdilər. İştirakçılar səslərinin artıq BMT tribunalarında eşidilməsinin onları ruhlandırdığını və bu xüsusda konfransın təşkilatçısı Bakı Təşəbbüs Qrupunun fəaliyətini təqdir etdiklərini bildiriblər.
 
Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan Sakit və Atlantik Okeanı regionunda yerləşən dənizaşırı ərazilərin təmsilçiləri rəsmi Parisin müasir metodlarla həyata keçirtdiyi müstəmləkə siyasi, habelə bu ərazilərin etnik tərkibinin süni şəkildə dəyişdirilməsi üçün qeyri-qanuni imiqrasiya siyasəti yürütdüyünü, əhalinin etnik tərkibinin süni dəyişdirilməsi üçün bir çox ölkədən, xüsusilə Suriyadan insanların buraya köçürüldüyünü diqqətə çatdırıblar.
 
Görüşdə həmçinin BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C24) fəaliyyəti, dənizaşırı ərazilərlə komitə arasında əməkdaşlığın qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb, C24-ün mütəmadı təşkil etdiyi regional tədbirlərdə Fransanın yürütdüyü müstəmləkəçilik siyasətinə diqqətin artırılması, dənizaşırı ərazilərin problemlərinin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün bütün platformalardan istifadənin zəruriliyi qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
Efiopiyada yeni prezident bəlli olub

Efiopiyada yeni prezident bəlli olub

Ermənistan Cənubi Koreyadan tank alınması imkanını nəzərdən keçirir

Ermənistan Cənubi Koreyadan tank alınması imkanını nəzərdən keçirir

Harris: İran ABŞ-nin əsas düşmənidir

Harris: İran ABŞ-nin əsas düşmənidir

XƏBƏR LENTİ
  • 06:53

    Efiopiyada yeni prezident bəlli olub
  • 06:36

    Ermənistan Cənubi Koreyadan tank alınması imkanını nəzərdən keçirir
  • 06:11

    Harris: İran ABŞ-nin əsas düşmənidir
  • 05:57

    Azərbaycan karateçiləri DÇ-də iştirak edəcəklər
  • 05:40

    KİV: HƏMAS lideri sağdır
  • 00:04

    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
  • Dünən
    23:46

    Floridada fövqəladə vəziyyət elan edilib
  • Dünən
    23:33

    “Hizbullah” döyüşçüləri deltaplanlardan istifadə edib
Menyu