http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Qarabağ ermənilərinin bütün öhdəlikləri yerinə yetirmələrini gözləyirik - Elçin Əmirbəyov

23 Sentyabr 2023 , 13:10
Qarabağ ermənilərinin bütün öhdəlikləri yerinə yetirmələrini gözləyirik - Elçin Əmirbəyov

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC radiosuna müsahibə verib.

"Operativ Media" xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində Azərbaycan ərazisində həyata keçirilən lokal antiterror tədbirlərinin nəticələrindən və Qarabağın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyası prosesindən danışıb.

“Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ ermənilərinin bütün öhdəliklərini yerinə yetirmələrini, ilk növbədə silahlı birləşmələrin buraxılmasını və silahlarını yerə qoymalarını, Ermənistanın işğalçı qüvvələrinin qalan hissəsinin isə suveren ərazimizdən çıxarılmasını gözləyir”, - deyə o qeyd edib.

E.Əmirbəyov bildirib ki, Qarabağda humanitar vəziyyət getdikcə yaxşılığa doğru gedir, çünki həm Laçın yolu, həm də Ağdam yolu aktiv şəkildə fəaliyyət göstərir. O xatırladıb ki, dünən ölkənin mərkəzi hakimiyyət orqanları Xankəndiyə qida və gigiyena məhsullarının olduğu dörd yük maşını humanitar yardım göndərib. Bundan əlavə, Rusiya sülhməramlıları da humanitar yardımı çatdırıblar.

“Biz bu əhalinin bütün zəruri ləvazimatlarla təminatını davam etdirmək niyyətindəyik. Yaralıları çıxaran Beynəlxalq Qızıl Xaç Komitəsi ilə aktiv şəkildə işləyirik. Hesab edirik ki, Qarabağın erməni sakinlərinin bütün digər ehtiyacları qarşılanacaq, o cümlədən, elektrik enerjisi və istiliklə təmin ediləcəklər”, - deyə Prezidentin nümayəndəsi qeyd edib.

Elçin Əmirbəyovun sözlərinə görə, Yevlaxda keçirilən görüş ona görə çox mühüm idi ki, bu bizə Qarabağın erməni sakinlərinin nümayəndələrini Qarabağın dinc erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı fikirlərimizlə təfərrüatlı şəkildə tanış etmək imkanı verdi.

“Proses başlayıb və biz ümid edirik ki, vəziyyət sabitləşəcək, Azərbaycan torpağında sülh bərqərar olacaq”, - deyə o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 06:36

    Ermənistan Cənubi Koreyadan tank alınması imkanını nəzərdən keçirir
  • 06:11

    Harris: İran ABŞ-nin əsas düşmənidir
  • 05:57

    Azərbaycan karateçiləri DÇ-də iştirak edəcəklər
  • 05:40

    KİV: HƏMAS lideri sağdır
  • 00:04

    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
  • Dünən
    23:46

    Floridada fövqəladə vəziyyət elan edilib
  • Dünən
    23:33

    “Hizbullah” döyüşçüləri deltaplanlardan istifadə edib
  • Dünən
    23:08

    Suriyada ABŞ istehsalı olan 16 silah anbarı aşkar edilib
Menyu