http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji ziyanla bağlı BMT-də məsələ qaldırıldı

23 Sentyabr 2023 , 14:06
Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji ziyanla bağlı BMT-də məsələ qaldırıldı

“Environmental Protection First” (EPF) Koalisiyasının üzvü olan “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji zərbə ilə əlaqədar BMT-də məsələ qaldırıb.

"Operativ Media" xəbər verir ki, o, 22 sentyabr tarixində Baş Assambleyanın vərəmlə bağlı keçirilən yüksək səviyyəli görüşündə Ermənistanın qanunsuz və heç bir ekoloji norma və standartlar gözlənilmədən apardığı dağ-mədən sənayesi işlərinin həm region insanlarının sağlamlığını, həm də region ekosistemini təhdid etdiyini bildirib.

P.Vəliyeva Baş Assambleyaya səslənərək deyib:

“Təmsil etdiyim təşkilat hazırda Cənubi Qafqaz regionunda Ermənistan Respublikası tərəfindən ekoloji norma və standartları kobud şəkildə pozan dağ-mədən sənayesinin qarşısını almaq məqsədilə advokasiya fəaliyyəti aparır. Ermənistan yüksək zəhərli kimyəvi tullantıların ətraf mühitə atılmasına məsul olmaqla beynəlxalq qəbul edilmiş bir çox konvensiyaları, o cümlədən Transsərhəd kontekstdə BMT-nin Espoo Konvensiyasının tələblərini kobud şəkildə pozaraq Transsərhəd çayları çirkləndirir.
Biz insan sağlamlığına və ekosistemimizə zərər vuran, sağlamlığımızı riskə atan bütün cəhdləri pisləyirik”.

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisinin çıxışı alqışlarla qarşılanıb.

OXŞAR XƏBƏRLƏR
Məhkəmə “Audia Nina” şirkəti ilə bağlı cərimə qərarı çıxarıb

Məhkəmə “Audia Nina” şirkəti ilə bağlı cərimə qərarı çıxarıb

Qaradağ və Nizami rayonları ərazisində qaz olmayacaq

Qaradağ və Nizami rayonları ərazisində qaz olmayacaq

Məhkəmə "Global Construction” şirkəti ilə bağlı qərarı elan edib

Məhkəmə "Global Construction” şirkəti ilə bağlı qərarı elan edib

XƏBƏR LENTİ
  • 06:36

    Ermənistan Cənubi Koreyadan tank alınması imkanını nəzərdən keçirir
  • 06:11

    Harris: İran ABŞ-nin əsas düşmənidir
  • 05:57

    Azərbaycan karateçiləri DÇ-də iştirak edəcəklər
  • 05:40

    KİV: HƏMAS lideri sağdır
  • 00:04

    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
  • Dünən
    23:46

    Floridada fövqəladə vəziyyət elan edilib
  • Dünən
    23:33

    “Hizbullah” döyüşçüləri deltaplanlardan istifadə edib
  • Dünən
    23:08

    Suriyada ABŞ istehsalı olan 16 silah anbarı aşkar edilib
Menyu