http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

London və Mançesterdə Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası təşkil edilib

23 Sentyabr 2023 , 15:07
London və Mançesterdə Ermənistanın mina terrorunu əks etdirən məlumatlandırma aksiyası təşkil edilib

Böyük Britaniyanın London və Mançester şəhərlərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların faciəvi nəticələrini əks etdirən məlumat xarakterli aksiya keçirilib.

"Operativ Media"  xəbər verir ki, Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı müxtəlif şüarları, həştəqləri və məlumatları əks etdirən LED ekranlı yük avtomobilləri London və Mançester şəhərlərinin izdihamlı mərkəzi küçələrində hərəkət edib.

8 saat davam edən aksiya zamanı avtomobil Londonun Oxford Street, Regent Street, Picadilly, Westminister Bridge, Parliament Square və Mançester şəhərinin Picadilly Gardens, King Street, New Cathedral Street, Cheetham Hill Road, Canal Street və digər küçələrdən keçməklə yerli sakinlərin diqqətini cəlb edib.

Məlumatlarda Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycan torpaqlarında 1,5 milyon minanın basdırıldığı, 147988 hektar ərazinin yüksək səviyyədə, 675570 hektar ərazinin isə orta və aşağı səviyyədə çirkləndirildiyi, Ermənistanın Azərbaycana qarşı mina terroru törətməsi nəticəsində 1991-ci ildən bu günə qədər arasında qadın və uşaqlar da olmaqla 3393 mina qurbanının olduğu, 10 noyabr 2020-ci ildən 19 sentyabr 2023-cü ilə qədər mina qurbanlarının sayının 314 nəfərə çatdığı, onlardan 67 nəfərin öldüyü kimi faktlar, #stoparmeniancrimes, #MapsForKarabakhSafety, #KarabakhSafety kimi həştəqlər yer alıb.

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 06:36

    Ermənistan Cənubi Koreyadan tank alınması imkanını nəzərdən keçirir
  • 06:11

    Harris: İran ABŞ-nin əsas düşmənidir
  • 05:57

    Azərbaycan karateçiləri DÇ-də iştirak edəcəklər
  • 05:40

    KİV: HƏMAS lideri sağdır
  • 00:04

    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
    Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub
  • Dünən
    23:46

    Floridada fövqəladə vəziyyət elan edilib
  • Dünən
    23:33

    “Hizbullah” döyüşçüləri deltaplanlardan istifadə edib
  • Dünən
    23:08

    Suriyada ABŞ istehsalı olan 16 silah anbarı aşkar edilib
Menyu