http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ceyhun Bayramov əlcəzairli həmkarı ilə görüşüb

23 Sentyabr 2023 , 19:17
Ceyhun Bayramov əlcəzairli həmkarı ilə görüşüb

23 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.

XİN-dən "Operativ Media" ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında ümumi tarixi, dini və mədəni köklərə əsaslanan əlaqələrin inkişafına önəm verildiyi vurğulanıb, eləcə də ikitərəfli müstəvidə siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin inkişafının vacibliyi, xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmkarını Əlcəzairin 2024-2025-ci illər üzrə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir, həmçinin həmkarını regionda mövcud vəziyyət, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma rejimin hərbi təxribatları nəticəsində yaranmış gərginlik, habelə həyata keçirilmiş lokal xarakterli anti-terror əməliyyatlarının məqsəd və nəticələri barədə ətraflı məlumatlandırıb.

Azərbaycan tərəfindən görülən tədbirlər nəticəsində bölgədə sülh və təhlükəsizliyə hədə olan qeyri-qanuni erməni silahlı birləşmələrinin tərksilah işinin aparıldığı diqqətə çatdırılıb. Görülən antiterror tədbirləri çərçivəsində mülki vətəndaşlara heç bir zərərin dəymədiyi, onların təhlükəsizliyinin təmini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib. Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinin bütün hüquq, azadlıq və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmlərinə uyğun olaraq təmin ediləcəyi vurğulanıb.

Görüş zamanı müqabil tərəf Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi vizionu və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi və Qarabağda yaşayan erməni əsilli sakinlərin reinteqrasiya prosesi barədə məlumatlandırılıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular üzrə fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
MKİ: "Yaxın Şərqdə münaqişənin regional gərginliyinin daha da artması təhlükəsi var"

MKİ: "Yaxın Şərqdə münaqişənin regional gərginliyinin daha da artması təhlükəsi var"

Ermənistan Cənubi Koreyadan tank alınması imkanını nəzərdən keçirir

Ermənistan Cənubi Koreyadan tank alınması imkanını nəzərdən keçirir

Harris: İran ABŞ-nin əsas düşmənidir

Harris: İran ABŞ-nin əsas düşmənidir

XƏBƏR LENTİ
  • 09:28

    İsrail ordusu “Hizbullah”ın qərargah rəisini öldürüb
  • 09:23

    Didye Deşam Mbappeni milliyə dəvət etməməsinin səbəbini açıqlayıb
  • 09:22

    Azərbaycan neftinin qiyməti 83 dollara çatıb
  • 09:13

    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • 08:37

    Beyləqanda narkokuryerlik edən şəxslərdən 15 kiloqram marixuana aşkarlanıb
  • 08:32

    Əl-Cəzirə: İsrail bir il ərzində 108 fələstinli jurnalisti həbs edib
  • 08:18

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:34

    21-ci əsrin ən yaxşı Premyer Liqa məşqçiləri açıqlanıb
Menyu