http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Sabah bəzi rayonlara qar yağacaq

24 Sentyabr 2023 , 13:29
Sabah bəzi rayonlara qar yağacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Media”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

OXŞAR XƏBƏRLƏR
Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR müəssisələrində təcrübə keçib”

Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR müəssisələrində təcrübə keçib”

Saməddin Əsədov: Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

Saməddin Əsədov: Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

XƏBƏR LENTİ
  • 14:37

    Tərtərdə qardaşını qətlə yetirməkdə şüphəli bilinən şəxsin məhkəməsi başlayır
  • 14:26

    Erlinq Holann “Mançester Siti”yə və azarkeşlərə təşəkkür edib
  • 14:25

    Məişət tullantılarının kənar yerlərə atılmasına görə cərimələrin artırılması birinci oxunuşda təsdiqlənib
  • 14:22

    Nəqliyyat vasitələrindən çölə zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib
  • 14:16

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimələrin artırılması birinci oxunuşda təsdiqlənib
  • 14:09

    AZAL və “Ethiopian Airlines” tərəfdaşlıq anlaşması imzalayıb
  • 14:07

    Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir
    Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir
  • 14:01

    Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub - YENİLƏNİB
    Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub - YENİLƏNİB
Menyu