http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

AZAL və “Ethiopian Airlines” tərəfdaşlıq anlaşması imzalayıb

08 Oktyabr 2024 , 14:09
AZAL və “Ethiopian Airlines” tərəfdaşlıq anlaşması imzalayıb

Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Ethiopian Airlines” ilə əməkdaşlıq çərçivəsində sərnişinləri üçün beynəlxalq səyahət imkanlarını genişləndirir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, iki aviaşirkət arasında imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən, sərnişinlər artıq əlavə marşrutlara və daha rahat transferlərə çıxış əldə edirlər. Həmçinin bu əməkdaşlıq çərçivəsində baqajın bir dəfə qeydiyyata alınması xidməti təqdim edilir və hər iki aviaşirkətin uçuşları üçün vahid biletin rəsmləşdirilməsi imkanı yaradılır.

Bu anlaşma hər iki aviaşirkətin müştəriləri üçün rahat və komfortlu səyahət təcrübəsi təmin etmək istiqamətində mühüm bir addımdır. Belə ki, əməkdaşlıq çərçivəsində transfer zamanı baqajın yenidən qeydiyyata alınması ehtiyacı aradan qaldırılır və səyahət logistikası asanlaşdırılır. Sərnişinlər artıq Yaxın Şərq və Körfəz Əməkdaşlıq Şurası ölkələrində, eləcə də Hindistan yarımadasındakı hava limanları vasitəsilə rahat transferlərdən yararlana bilərlər ki, bu da beynəlxalq səyahətlərin təşkilini sadələşdirir.

“Ethiopian Airlines” ilə tərəfdaşlıq AZAL-ın beynəlxalq mövcudluğunu daha da möhkəmləndirir. Aviaşirkət sərnişinlərinə daha sərfəli və rahat səyahət təqdim etmək üçün digər aviadaşıyıcılarla əməkdaşlıqlarını davam etdirir.

Afrikanın ən böyük aviaşirkəti olan “Ethiopian Airlines” bu əməkdaşlıqda mühüm rol oynayır. Aviaşirkətin geniş marşrut şəbəkəsi Afrika qitəsi boyunca COP29-a üzv olan ölkələrin əksəriyyətini əhatə edir.

OXŞAR XƏBƏRLƏR
“İnvest.M Construction” MMC-nin direktorunun qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib

“İnvest.M Construction” MMC-nin direktorunun qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib

Təhsilin İnkişafı Forumu çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb

Təhsilin İnkişafı Forumu çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb

Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanılıb

Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanılıb

XƏBƏR LENTİ
  • 16:38

    Fərid Qayıbov idmançılar və məşqçilərlə görüşdü
  • 16:30

    TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər
  • 16:20

    Peskov: Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə görüşləri yarım saat davam edib
  • 16:05

    MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başlayıb, Prezident İlham Əliyev iclasda iştirak edir
    MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başlayıb, Prezident İlham Əliyev iclasda iştirak edir
  • 16:01

    “İnvest.M Construction” MMC-nin direktorunun qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib
  • 16:00

    Təhsilin İnkişafı Forumu çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb
  • 15:59

    "Yuventus"un kapitanı əməliyyat olundu
  • 15:21

    Son sutkada Qəzzada 56 nəfər həlak olub
Menyu