http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan xilasediciləri Qazaxıstanda beynəlxalq yarışda iştirak ediblər

25 Sentyabr 2023 , 16:13
Azərbaycan xilasediciləri Qazaxıstanda beynəlxalq yarışda iştirak ediblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları sentyabrın 13-20-də Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakətlərin idarə olunması, fövqəladə hallar və humanitar yardım” təşəbbüsü çərçivəsində Qazaxıstanın Almatı vilayətinin Kapşaqay şəhərinin Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda təşkil olunmuş “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında iştirak ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, yarışlardan əvvəl iki günlük “Jer-2023” seysmik təlimi keçirilib. Təlimin əsas məqsədi mülki müdafiə qüvvələrinin zəlzələlər zamanı görüləcək tədbirlərə hazırlıq səviyyəsinin artırılması olub.

Yarışlarda 6 ölkəni təmsil edən 11 komanda iştirak edib. Komandalar təbii və texnogen xarakterli fövqəladə hallar zamanı bilik və bacarıqlarını, eləcə də insanlara tibbi yardımın göstərilməsi hazırlığını, radiasiya və kimyəvi təhlükədən qorunma, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, su hövzələrində axtarış-xilasetmə işlərinin aparılması, fövqəladə vəziyyət zonasında yanğın-xilasetmə işləri, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə keçirilmiş seminar-yarışlarda öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışlarda FHN-in komandası uğurla çıxış edərək kubok, fəxri fərman, diplom və hədiyyələrlə mükafatlandırılıb.

Bundan əlavə, FHN əməkdaşları tədbir çərçivəsində Qazaxıstan Fövəqladə Hallar Nazirliyinin Almatı şəhərinin Fövqəladə Hallar Departamentinin qüvvə və vasitələri ilə yerində tanış olublar.

Qeyd edək ki, Qazaxıstan Respublikasının fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov FHN-in komandası ilə görüşüb və komandanın çıxışını yüksək qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR
Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR müəssisələrində təcrübə keçib”

Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR müəssisələrində təcrübə keçib”

Saməddin Əsədov: Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

Saməddin Əsədov: Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

XƏBƏR LENTİ
  • 16:30

    TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər
  • 16:20

    Peskov: Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə görüşləri yarım saat davam edib
  • 16:05

    MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başlayıb, Prezident İlham Əliyev iclasda iştirak edir
    MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başlayıb, Prezident İlham Əliyev iclasda iştirak edir
  • 16:01

    “İnvest.M Construction” MMC-nin direktorunun qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib
  • 16:00

    Təhsilin İnkişafı Forumu çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb
  • 15:59

    "Yuventus"un kapitanı əməliyyat olundu
  • 15:21

    Son sutkada Qəzzada 56 nəfər həlak olub
  • 15:17

    Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanılıb
Menyu