http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Bakıda ev almaq gündən-günə çətinləşir

25 Sentyabr 2023 , 17:07
Bakıda ev almaq gündən-günə çətinləşir


Son vaxtlar ev almaq istəyənlər ipoteka üsuluna müraciət  edirlər. Lakin bütün şərtlərə cavab verərək buna nail olanların sayı gözlənilən qədər deyil. Bu zaman da həmin evlərin qiyməti satış qiymətinin 2, hətta 3 qatına çatır ki, bu da alıcını uzun müddət borc ödəməyə məhkum edir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Operativ Media”ya açıqlamasında qeyd edib ki, son üç ildə Azərbaycanın əmlak bazarında, xüsusən də paytaxt Bakı, Xırdalan və Sumqayıt şəhərlərində mənzillərdə və qeyri-yaşayış obyektlərində kəskin qiymət artımları baş verir.
Onun sözlərinə görə, xüsusən kreditli şərtlərlə mənzil alan vətəndaşların yanaşmalarına nəzər saldıqda ötən illərdə ipoteka predmetinə çevrilə bilən əmlakların qiymətlərində ən ciddi artımlar müşahidə olunduğu nəzərə çarpır.
“Yeni tikili binalarda, həmçinin köhnə tikili binalarda qiymət artımları son üç ildə ortalama təxminən 25-30 %-ə qədər artım baş vermişdir ki, bu da vətəndaşların əmlak alma əldəetmə proseslərinə ciddi maneələr yaradır. Əsasən kreditli şərtlərlə olan mənzillərin qiymətlərində ən ciddi artımlar müşahidə olunub. Son üç il bundan əvvəl təxminən köhnə, ipoteka predmetinə çevrilə bilən, xüsusən də doqquz mərtəbəli binalarda bir otaqlı mənzillərin satış qiyməti təqribi 70 min - 80 min manat idisə, hazırda Bakı şəhəri üçün bu qiymət 100 min manatın üstündədir. İki otaqlıların satış qiymətləri təqribi 150 000 manat civarında, üç otaqlıların isə 180 min - 200 000 manat arası dəyişə bilir”. 
Ekspert xruşovka, alman, fransız və digər layihə əsasında olan tikililərin də qiymətinin artdığını, lakin vətəndaşların kreditli şərtlərdən yararlana bilmədiyini qeyd edib:

“70-ci illərdən daha öncəki illərdə tikilmiş binalar ipoteka predmetinə çevrilə bilmədiyi üçün artıq vətəndaşlar bu mənzillərdən kreditli şərtlərlə yararlana bilmirlər. Paytaxt Bakıda mərkəzə yaxın ərazilərdə yeni tikili bir otaqlı, təmirli və çıxarışlı mənzillərin satış qiymətləri artıq 130 min - 180 min arası dəyişir. Əraziyə uyğun olaraq iki otaqlı mənzillərin qiyməti isə 150 min – 200 min manat təşkil edir. Üç otaqlılarda isə daha baha qiymətlərə təklif olunur ki, bu da artıq vətəndaşların kreditli şərtlərlə bu binalardan mənzil almalarında müəyyən problemlər yaradır. 4 faizli, güzəştli kreditlər maksimum 100 min manata, ipoteka krediti, yəni  8 faizli kreditlərin bank tərəfindən ödəmələri isə maksimum 150 min manat qədərdir.  Lakin vətəndaşın bir otaqlı yeni tikili binadan mənzil alması üçün ortalama 140 - 150 min manat ödəməsi lazımdır və bu həmin vətəndaşın 25 il   kredit ödəməsinə gətirib çıxarır”.
E.Fərzəliyev bildirib ki, 25 il müddətində kreditli şərtlərlə yeni tikili bir otaqlı mənzil alıb onun otaq sayını artırmaq belə bir çox ciddi problemlərə səbəb olur:
“Bu baxımdan mənzillərin qiymətlərində ciddi artımlar baş versə də, ayrılan ipoteka kreditlərində artım baş verməyib. Bu səbəbdən vətəndaşların böyük əksəriyyəti artıq gözləmə mövqeyində dayanıb nə vaxtsa evlərin qiymətin enmələr olacağını və yaxud da ayrılmış ipoteka kreditlərinin məbləğində artımlar baş verəcəyini gözləyirlər”.
Ekspert qiymət artımına səbəblərin müxtəlif olduğunu söyləyib:
“Bakıda yeni çoxmənzilli binaların tikintisi üçün torpaq sahələri məhdud saydadır və böyük əksəriyyəti kəskin baha qiymətə təklif olunur. Tikinti şirkətləri məcburən pilot layihələr üzərinə köhnə, istismar müddəti bitmiş, qəzalı olan binaları sökərək onların yeniləri ilə əvəzləyirlər ki, bu da olduqca baha başa gəlir. Çünki sökülən bütün binalarda yaşayan sakinlərə mənzillər verilir, onların köç və kirayə xərcləri ödənilir və bu da özlüyündə əmlak bazarında ciddi şəkildə qiymət artımına gətirib çıxarır. Bu baxımdan hesab edirəm ki, vətəndaşların ev ala bilmələri üçün, xüsusən də krediti şərtləri əsasında ev ala bilmələri üçün hər hansı dövlət və ya sosial layihələr, dövlət xətti ilə tikilən yeni tikili, kompleks şəhərciklər olmalıdır ki, o binalarda qiymətlər ucuz olsun və vətəndaşlar üçün ev alma prosesi əlçatan olsun.  Çünki minimal orta əmək haqları təqribi 345 manatdan başlayır ki, əmək haqqı hesabına dolanan bir ailə başçısının artıq nəinki kreditlə mənzil almaq şansı, hətta evi yoxdursa , aylıq kirayə mənzilin ödəməsində  belə ciddi çətinliklər yaşayır. Bakının əksər rayonlarında köhnə tikili binalardakı bir otaqlı mənzillərin kirayə qiymətləri artıq 300 manatın üzərindədir”.

Onun sözlərinə görə, bununla əlaqədar yeni dövlət layihələri olarsa, yəni təqribi Mənzil İnşaatı Dövlət Agentliyinin satışa çıxartdığı mənzillər kimi və yaxud digər layihəli ucuz ilk ödənişi və aylıq ödənişi az layihələr çıxarsa,  vətəndaşların ev problemləri aradan qalxmış olar. Nəzərə almaq lazımdır ki,  evsiz vətəndaşların problemləri aradan qalxarsa, bu, həm də ölkə iqtisadiyyatına da böyük gəlir və töhfə vermiş olar.

Sevinc İbrahimzadə.

OXŞAR XƏBƏRLƏR
Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR müəssisələrində təcrübə keçib”

Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR müəssisələrində təcrübə keçib”

Saməddin Əsədov: Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

Saməddin Əsədov: Azərbaycanlı məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq

XƏBƏR LENTİ
  • 16:30

    TDT ölkələrinin səhiyyə nazirləri Şuşada bəyannamə qəbul ediblər
  • 16:20

    Peskov: Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə görüşləri yarım saat davam edib
  • 16:05

    MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başlayıb, Prezident İlham Əliyev iclasda iştirak edir
    MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başlayıb, Prezident İlham Əliyev iclasda iştirak edir
  • 16:01

    “İnvest.M Construction” MMC-nin direktorunun qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib
  • 16:00

    Təhsilin İnkişafı Forumu çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb
  • 15:59

    "Yuventus"un kapitanı əməliyyat olundu
  • 15:21

    Son sutkada Qəzzada 56 nəfər həlak olub
  • 15:17

    Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanılıb
Menyu