http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycana gələn turistlərin sayı 33 faizdən çox artıb

27 Sentyabr 2023 , 16:51
Azərbaycana gələn turistlərin sayı 33 faizdən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1343,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən "Operativ Media"ya bildirilib ki, gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 7,5 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 4,4 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Qazaxıstan, 2,4 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Küveyt və Ukrayna, 1,4 faizi Belarus, 1,2 faizi Türkmənistan, 1,1 faizi Böyük Britaniya, 11,9 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8,2 dəfə, Türkmənistandan 3,2 dəfə, Hindistandan 2,4 dəfə, Özbəkistandan 1,8 dəfə, Qazaxıstandan 1,8 dəfə, Belarusdan 1,7 dəfə, Rusiya Federasiyasından 1,6 dəfə, İtaliyadan 1,5 dəfə, ABŞ-dan 39,5 faiz, İsraildən 39,2 faiz, Gürcüstandan 32,9 faiz, Böyük Britaniyadan 27,0 faiz, Küveytdən 22,3 faiz, Türkiyədən 19,6 faiz, Almaniyadan 18,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 11,8 faiz, Ukraynadan 5,1 faiz artıb.

2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 549,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,8 faiz artaraq 67,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,2 faiz azalaraq 228,4 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,9 faizi hava, 26,7 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

OXŞAR XƏBƏRLƏR
İnsanların asan pul qazanmaq arzusuyla düşdükləri tələlər: Piramida üsulu nədir?

İnsanların asan pul qazanmaq arzusuyla düşdükləri tələlər: Piramida üsulu nədir?

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Qarabağ Universitetinin tələbələri üçün bir il təcrübə proqramının keçirilməsi planlaşdırılır

Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR müəssisələrində təcrübə keçib”

Rövşən Nəcəf: “Bu il 1150-dən çox tələbə SOCAR müəssisələrində təcrübə keçib”

XƏBƏR LENTİ
  • Dünən
    23:54

    Səfirlik: İsrailin Dəməşqə hücumu zamanı İran vətəndaşları xəsarət almayıb - YENİLƏNİB
  • Dünən
    23:17

    Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə vəfat edib
  • Dünən
    23:05

    Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
  • Dünən
    22:59

    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
    Səfir Zaur Əhmədov qazaxıstanlı həmkarı ilə görüşüb
  • Dünən
    22:00

    Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
    Bakıda təkər tullantıları yığılmış yerdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
  • Dünən
    21:53

    Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur
    Prezident İlham Əliyev: Sanksiyaların qeyri-qanuni, əsasız şəkildə və selektiv tətbiqi kimi hallarda mövcudluq hüququ yoxdur
  • Dünən
    21:42

    Sabah Bakının bəzi ərazisində qaz olmayacaq
  • Dünən
    20:52

    Netanyahu: Hizbullah uzun illərdən bəri olduğundan daha zəifdir
Menyu