http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan və Özbəkistan XİN başçıları telefonla danışıb

28 Sentyabr 2023 , 13:20
Azərbaycan və Özbəkistan XİN başçıları telefonla danışıb

28 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

"Operativ Media" xəbər verir ki, bu barədə  Azərbaycan XİN məlumat yayıb.

Nazir Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq hava limanı yaxınlığında baş vermiş partlayış ilə əlaqədar qardaş Özbəkistan dövləti və xalqına öz başsağlığını çatdırıb, partlayış nəticəsində yaralananlara şəfa arzu edib. 

Telefon danışığı zamanı həmçinin iki ölkə arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə mövcud regional vəziyyət müzakirə olunub.

Nazir Baxtiyor Saidov, başsağlığı və dəstək mesajına görə təşəkkür edərək, bu dəstəyin ölkələrimiz arasındakı dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan münasibətlərin daha bir göstəricisi olduğunu diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili ilə bağlı paylaşım edib

Şimali Koreyada yeni kadr təyinatları olub

Şimali Koreyada yeni kadr təyinatları olub

Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar

Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar

XƏBƏR LENTİ
  • 10:15

    Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır
  • 10:13

    Məhkəmə “Spring San Tex” şirkəti ilə bağlı qərar verib
  • 10:04

    PSJ futbolçuları Luis Enrikedən narazıdır
  • 10:04

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb - VİDEO
    Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb - VİDEO
  • 09:59

    KİV: ABŞ və ərəb ölkələri İranla gizli danışıqlar aparır
  • 09:45

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
  • 09:29

    "Bavariya" Musialaya 25 milyon avro məvacib ödəməyə hazırdır
  • 09:28

    Azərbaycan nefti ucuzlaşıb
Menyu