http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan XİN Paşinyana cavab verib

28 Sentyabr 2023 , 13:54
Azərbaycan  XİN Paşinyana cavab verib

Biz Ermənistanın baş naziri Nikol Paşinyanın 28 sentyabr 2023-cü il tarixli Azərbaycanın Qarabağ bölgəsindən erməni sakinlərinə qarşı guya “etnik təmizləmə” aparması ilə bağlı bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.

Ermənistanın baş naziri nəinki sentyabrın 21-də Azərbaycandan yerli ermənilərə heç bir təhlükə olmadığı barədə verdiyi bəyanatdan geri çəkilmir, həm də bu rəvayətlə Azərbaycanın humanitar yardım və reinteqrasiya prosesində səylərini pozmaq məqsədi daşıyır və Azərbaycan və Ermənistan arasında mümkün sülh perspektivlərini sarsıdır. 

Ermənistan rəhbərliyi Azərbaycanın mərkəzi hökumət qurumlarının Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin təcili ehtiyaclarını həll etmək üçün lazımi humanitar dəstək tədbirlərini necə operativ şəkildə həyata keçirməyə başladığının fərqində deyil.

Paşinyana yaxşı məlumdur ki, Azərbaycanın Qarabağ bölgəsini erməni sakinlərinin tərk etməsi onların şəxsi və fərdi qərarıdır və bunun məcburi köçürmə ilə heç bir əlaqəsi yoxdur. Əgər Ermənistan sakinlərinin bəzi təbəqələri yaşamaq, Azərbaycanın qanunvericiliyinə və qaydalarına tabe olmaq istəmirlərsə, biz onları buna məcbur edə bilmərik. Əksinə, biz erməniləri yaşayış yerlərini tərk etməməyə və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırırıq.

Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistan yerli ermənilərin reinteqrasiya prosesi qarşısındakı maneələri dayandırmalı və diqqətini hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatmasına yönəltməlidir. .

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili ilə bağlı paylaşım edib

Şimali Koreyada yeni kadr təyinatları olub

Şimali Koreyada yeni kadr təyinatları olub

Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar

Rusiya və Türkmənistan 2025-ci ildə MDB-də həmsədr olacaqlar

XƏBƏR LENTİ
  • 10:20

    Bu gün Cəbrayılda ilk dərs günüdür
  • 10:20

    Təhsilin İnkişafı Forumu öz işini yekunlaşdırıb
  • 10:15

    Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır
  • 10:13

    Məhkəmə “Spring San Tex” şirkəti ilə bağlı qərar verib
  • 10:04

    PSJ futbolçuları Luis Enrikedən narazıdır
  • 10:04

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb - VİDEO
    Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb - VİDEO
  • 09:59

    KİV: ABŞ və ərəb ölkələri İranla gizli danışıqlar aparır
  • 09:45

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Menyu