http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub - YENİLƏNİB

28 Sentyabr 2023 , 19:18
İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub.

"Operativ Media" xəbər verir ki, dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Zəngilan kənd inzibati ərazisinə daxil olan bu kənd şəhər mərkəzindən 3,1 kilometr məsafədə, Oxçu çayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlik ərazidə yerləşir. Baş plana əsasən, Zəngilan kəndi İçəri Müşlan və Məlikli kəndləri ilə birlikdə layihələndirilib. Kəndin layihələndirilən ümumi ərazi 111,3 hektardır.

Zəngilan kəndində 1631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsi nəzərdə tutulur. Birinci mərhələdə Zəngilan kəndinə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək.

Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı və qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq.

Bu kənddə də əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdiriləcək.

Zəngilan kəndində 294 şagird yerlik tam orta məktəb, 60 və 40 yerlik iki uşaq bağçası da inşa olunacaq.

Dövlətimizin başçısı kəndin inkişaf planından bəhs edən videoçarxa baxıb.

Prezident İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub.

***  14:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

"Veysəlli" MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib

"Veysəlli" MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib

Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

XƏBƏR LENTİ
  • 12:31

    Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
  • 12:23

    Şimali İrlandiya (U-21) - Azərbaycan (U-21) matçının hakim təyinatları açıqlandı
  • 12:23

    Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası kəsiləcək
  • 12:14

    BMT Baş katibinin birinci müavini bu gün Azərbaycana səfər edəcək
  • 12:10

    FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir - VİDEO
  • 12:08

    Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib
  • 12:03

    "Veysəlli" MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib
  • 11:50

    Hadrut qələbəsi Şuşaya gedən yolun açılmasında böyük rol oynadı - ŞƏRH
Menyu