http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

MEDİA və Mətbuat Şurası Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

29 Sentyabr 2023 , 11:05
MEDİA və Mətbuat Şurası Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycan Media İnkişafı Agentliyi (MEDİA) Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədri, jurnalist Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı yayıb.

"Operativ Media" xəbər verir ki, başsağlığında deyilir:

Agentliyin rəhbərliyi və kollektivi Milli Məclisin deputatı və Mədəniyyət Komitəsinin sədri, jurnalist Qənirə Paşayevanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Həmçinin, Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti də başsağlığı verib.

"Hamımızın sevimlisi, dəyərli həmkarımız, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vəfatı bizi dərin üzüntüyə qərq etdi. Mərhumun doğmalarına, yaxınlarına, həmkarlarına başsağlığı veririk. Qənirə Paşayevanın yoxluğu Vətənimiz, bütövlükdə türk dünyası üçün son dərəcə böyük itkidir. Hər kəlməsi Azərbaycan olan Qənirə xanım əsl vətənpərvərlik nümunəsi idi. O, vətənpərvərliyi əməli fəaliyyəti ilə ortaya qoymağı yüksək məharətlə bacarırdı. Dünyanın ən müxtəlif nöqtələrində yorulmadan, usanmadan Azərbaycan davası aparırdı.

Qənirə Paşayeva jurnalistikamızın cəmiyyətimizə qazandırdığı parlaq simadır. O, bu baxımdan misilsizdir, bənzərsizdir, təkrarsız və özünəməxsusdur. Peşəni minlərə, milyonlara sevdirmişdi. Çoxsaylı müsahibələri, reportajları, məqalələri həm jurnalist peşəkarlığı nümunələridir, həm də tariximizin yaşantısıdır. O, ən çətin zamanlarda jurnalistikanın gücünü cəmiyyətimizin, xalqımızın və dövlətimizin maraq və mənafeləri naminə səfərbər etməyi bacarmışdı.

Qənirə Paşayeva, sözün əsl mənasında, millətinin vəkili idi. Hər zaman seçicilərinin problemlərinə həssas yanaşma tərzi ilə seçilirdi. Ümumən, insanlarla ünsiyyətdə səmimiyyəti, canıyananlığı ilə fərqlənirdi. Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi də söz və sənət adamlarını daim diqqət mərkəzində saxlayır, onlara münasibətdə yüksək qədirbilənlik nümayiş etdirirdi.

Səhayət etdiyi müxtəlif ölkələr barədə yazdığı kitablar həmin ölkələri tanıdır, eyni zamanda, xalqlar arasında dostluq münasibətlərinin yaranmasına layiqli töhfə verirdi. Bu mənada Qənirə Paşayeva obrazı həm də beynəlmiləl missiya yerinə yetirirdi. Onun bədii əsərləri isə zəngin daxili aləminin göstəricisi olmaqla yanaşı, gerçək ruh adamının yaradıcılıq təntənəsi idi. Bir daha mərhumun doğmalarına, əzizlərinə, saysız-hesabsız dostlarına, həmkarlarına başsağlığı diləklərimizi çatdırır, onların kədərini və üzüntüsünü bölüşür, səbr və təmkin diləyirik".

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 14:12

    Bakıda NCQG üzrə yüksək səviyyəli nazirlər dialoqu baş tutub
  • 14:04

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib
    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirib
  • 13:59

    İran parlamentinin bir qrup deputatı nüvə silahı yaratmaq tələbi ilə Təhlükəsizlik Şurasına müraciət edib
  • 13:54

    Azərbaycanda yeni futbol klubu yaradılıb
  • 13:52

    Kimya üzrə Nobel mükafatı laureatları açıqlanıb
  • 13:46

    Sabah Bakıda COP29 öncəsi konfrans başlayır
  • 13:42

    "Hadrut qələbəsi düşmənin döyüş ruhunu qırdı" - Millət vəkili
  • 13:27

    Bayden və Netanyahu Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər
Menyu