http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

"Hadrut qələbəsi düşmənin döyüş ruhunu qırdı" - Millət vəkili

09 Oktyabr 2024 , 13:42
"Hadrut qələbəsi düşmənin döyüş ruhunu qırdı" - Millət vəkili

"Hadrutun işğaldan azad olunmasından dörd il ötür. Məlumdur ki, o dövrdə Ermənistan Hadrutun "sarsılmaz erməni əsgəri tərəfindən qorunan alınmaz qala" olduğunu və hələ də öz nəzarətində qaldığını iddia edərək geniş təbliğat kampaniyası qurmuşdu. Lakin əzəli torpağımız olan Ağoğlanı azad etməklə Azərbaycan Ermənistanın hərbi-siyasi mövqeyini daha da zəiflətdi, habelə informasiya müharibəsində aşkar üstünlüyə nail oldu".

"Operativ Media" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Bəhruz Məhərrəmov deyib.

Bəhruz Məhərrəmov qeyd edib ki, Hadrut qələbəsi düşmənin döyüş ruhunu qırdı, işğalçı üzərində tam mənəvi-psixoloji üstünlük əldə edildi:

"Əsgərlərimizin 28 il sonra Hadrutda Azərbaycan bayrağını yenidən ucaltması, buradan ölkə Prezidentinə məruzə etməsi ilə qəsəbənin Ermənistanın nəzarətində qaldığını bəyan edən Paşinyan və komandasının yalançılığı, saxtakar təbliğat maşını ifşa olundu. Bu amil düşmənin döyüş ruhunu qırdı, işğalçı üzərində tam mənəvi-psixoloji üstünlük əldə edildi.

Döyüşlərdə düşmənin 80 hərbçisi,1 komanda-müşahidə məntəqəsi, 15 top, 14 tank, 22 hərbi avtomobil, 7 sursatla dolu avtomobil, 3 PDM, 1 lokator məhv edildi, 1 PUA zərərsizləşdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti altında Azərbaycan Ordusunun uğurlu Hadrut əməliyyatı dünya hərb tarixinin qızıl səhifələrindən hesab edilməklə, habelə Şuşaya aparan yol olmaqla 44 günlük müharibə xronologiyasında strateji əhəmiyyətə malik ən şərəfli səhifələrdən biri kimi tarixə düşdü".

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - YENİLƏNİB

COP29 sədrliyi nazirliklər nümayəndələrinin təyin olunmasını elan edib

COP29 sədrliyi nazirliklər nümayəndələrinin təyin olunmasını elan edib

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

XƏBƏR LENTİ
  • 16:21

    "Greenlife Baku" MMC cərimələnib
  • 16:19

    Anar Rzayev: Bakı şəhərində hazırda 2100 avtobus var
  • 16:14

    Restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqinə başlanılır
  • 16:02

    Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - YENİLƏNİB
    Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - YENİLƏNİB
  • 16:02

    Qırğızıstan prezidenti Səlcuk Bayraktarı təltif edib
  • 15:47

    AYNA: 2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla olacaq
  • 15:34

    COP29 sədrliyi nazirliklər nümayəndələrinin təyin olunmasını elan edib
  • 15:10

    Sürücülük vəsiqəsi almaq üçün hansı proseslərdən keçmək lazımdır?
Menyu