http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Qondarma rejimin “polisləri” silahlarını Xankəndidə qoyaraq Qarabağı tam şəkildə tərk edib (VİDEO)

29 Sentyabr 2023 , 14:06
Qondarma rejimin “polisləri” silahlarını Xankəndidə qoyaraq Qarabağı tam şəkildə tərk edib (VİDEO)

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin “daxili işlər nazirliyinin polisləri” silahlarının hamısını Xankəndidə qoyaraq Qarabağı tam şəkildə tərk ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə artıq sosial şəbəkələrdə kadrlar da yayılıb.

Qeyd edək ki, separatçıların "rəhbəri" Samvel Şahramanyan ötən gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Qondarma rejimin qondarma "başçısı" Samvel Şahramanyanın "Sərəncamında" qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının nümayəndələri ilə əldə olunan razılaşmaya əsasən Qarabağ sakinlərinin, o cümlədən tərksilah olan hərbi qulluqçuların əmlakları ilə öz nəqliyyat vasitələrində Laçın dəhlizindən sərbəst və maneəsiz şəkildə könüllü keçidi təmin olunur və "Dağlıq Qarabağ Konstitusiyası"nın 93-cü maddəsini rəhbər tutaraq aşağıdakılar qərara alınır:

1. 1 yanvar 2024-cü il tarixindən "Artsax Respublikası"nın tabeçiliyində olan bütün dövlət müəssisələri və təşkilatları buraxılsın və "respublika" öz mövcudluğunu dayandırsın.

2. Qarabağ əhalisi, o cümlədən "respublika"dan kənarda olan sakinlər hazırki gələcəkdə Qarabağda yaşamaq (qayıtmaq) imkanları barədə sərbəst və fərdi qərar qəbul etmək məqsədilə "sərəncam" qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsun.

"Sərəncam" dərc olunduqdan dərhal sonra qüvvəyə minir.

Şahramanyanın belə bir qərar qəbul etməsi heç şübhəsiz ki, öz xoşluğu ilə verilmiş qərar deyil. Qondarma-separatçı rejimin özünü braxması ilə bağlı qərar məcburiyyətdən atılmış addımdan başqa bir şey deyil. Bununla da Qarabağda separatçılığın sona çatdığını məhz qondarma rejim qalıqları özləri elan etmiş oldular. Azərbaycan mərkəzi hakimiyyətinin təzyiqləri öz nəticəsini verdi və separatçılar anladılar ki, onlar üçün ən doğru, ən yaxşı qərar məhz başqasının torpağında qondarma "respubliak" iddialarından əl çəkib, ərazini tərtk etməkdir. Bunun əksinin hansı proseslərlə nəticələnəcəyini zatən Azərbaycan 19-20 sentyabrda cəmi 23 saat davam edən lokal antiterror tədbirləri ilə istər separatçılara, istərsə də Ermənistan hakimiyyətinə və onun havadarlarına nümayiş etdirdilər.

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 16:21

    "Greenlife Baku" MMC cərimələnib
  • 16:19

    Anar Rzayev: Bakı şəhərində hazırda 2100 avtobus var
  • 16:14

    Restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqinə başlanılır
  • 16:02

    Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - YENİLƏNİB
    Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - YENİLƏNİB
  • 16:02

    Qırğızıstan prezidenti Səlcuk Bayraktarı təltif edib
  • 15:47

    AYNA: 2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla olacaq
  • 15:34

    COP29 sədrliyi nazirliklər nümayəndələrinin təyin olunmasını elan edib
  • 15:10

    Sürücülük vəsiqəsi almaq üçün hansı proseslərdən keçmək lazımdır?
Menyu