http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələri icra edir

29 Sentyabr 2023 , 21:36
Azərbaycan azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələri icra edir

Azərbaycan azad edilmiş ərazilərdə uğurlu infrastruktur layihələri icra edir.

"Operativ Media" "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin İzmir şəhəri bələdiyyəsinin sədrinin köməkçisi, xəritə mühəndisi Cəmil Fərah Zəngilanda keçirilən "II Azərbaycan Milli Şəhərsalma Forumu" çərçivəsində deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərin yenidən bərpası, buraya qaynar həyatın yenidən qayıtması möhtəşəmdir.

"Uzun illər Qarabağın Azərbaycana məxsus olduğunu eşitdik. Nəhayət ki, Qarabağ əsl sahiblərinə qayıdıb. Buna görə fəxr edirik ", - o vurğulayıb.

C.Fərah qeyd edib ki, "II Azərbaycan Milli Şəhərsalma Forumu"nun təşkil edilməsinin təsiri böyükdür: "Bu cür forum vasitəsilə Azərbaycan dünyaya bir daha haqlı mübarizəsinin ismarışını verir".

Xatırladaq ki, dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən Azərbaycanda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023” keçirilir.

“Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu keçirilib.

OXŞAR XƏBƏRLƏR
AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

Xınalıqda 2026-cı ilə qədər 100 evin tikintisi nəzərdə tutulub

Xınalıqda 2026-cı ilə qədər 100 evin tikintisi nəzərdə tutulub

Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək

Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək

XƏBƏR LENTİ
  • 18:00

    Zaxarova: Azərbaycana təzyiq göstərmək faydasızdır
  • 17:54

    İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib - YENİLƏNİB
    İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib - YENİLƏNİB
  • 17:52

    Şuşada Türk Dünyası Sığorta Birliyinin ilk konqresi keçiriləcək
  • 17:41

    AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb
  • 17:30

    Xınalıqda 2026-cı ilə qədər 100 evin tikintisi nəzərdə tutulub
  • 17:08

    Laçın və Şuşa rayonlarında əmək yarmarkaları təşkil ediləcək
  • 17:05

    Şagird hansı halda məktəbdən uzaqlaşdırla bilər?
  • 17:05

    Azərbaycan və Qazaxıstan ekologiya və təbii sərvətlər nazirləri arasında görüş olub
Menyu