http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB - 2

30 Sentyabr 2023 , 17:14
Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB - 2

Sentyabrın 29-u Mingəçevir şəhər sakini 1991-ci il təvəllüdlü Sönməzbəy Məmmədovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Mingəçevir şəhər prokurorluğundan "Operativ Media"ya bildirilib ki, araşdırmalarla 1991-ci li təvəllüdlü Ceyhun İsrəfilovun aralarında yaranmış mübahisə zamanı Mingəçevir şəhəri, M.Maqomayev prospektinde tanışı Sönməzbəy Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Ceyhun İsrəfilov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

***

15:28

Mingəçevirdə 32 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Operativ Media"ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, S.Məmmədova kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü İsrafilov Ceyhun Sahib oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır

***

29.09.2023 / 23:10

Mingəçevirdə 32 yaşlı kişi qətlə yetirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, sentyabrın 29-u saat 20 radələrində 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Məmmədov Sönməzbəy Nəriman oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.

OXŞAR XƏBƏRLƏR
AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

Şagird hansı halda məktəbdən uzaqlaşdırla bilər?

Şagird hansı halda məktəbdən uzaqlaşdırla bilər?

Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası kəsiləcək

Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası kəsiləcək

XƏBƏR LENTİ
  • 22:06

    Qalant: İrana hücumumuz ölümcül olacaq
  • 21:46

    Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisi kəsiləcək
  • 21:25

    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
    COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
  • 21:07

    Qərbi Azərbaycan İcması sədrinin müavini ATƏT-in plenar sessiyasında çıxış edib
  • 20:59

    Zelenski qələbə planından danışıb
  • 20:55

    TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
  • 20:48

    Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
    Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
  • 20:37

    Aİ Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına kreditin ayrılması mexanizmini razılaşdırıblar
Menyu