http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Alıbəyli kəndində 3 minə yaxın insan yaşaya biləcək

30 Sentyabr 2023 , 13:44
Alıbəyli kəndində 3 minə yaxın insan yaşaya biləcək

Alıbəyli kəndində birinci mərhələdə 772 sakin üçün 197 fərdi yaşayış evi inşa olunacaq.

Zəngilan rayonun Alıbəyli kəndinin mövcud məskunlaşma ərazisi 103.51 ha ərazini əhatə edir. Layihələndirilən ərazi sahəsi 170.31 ha, birinci mərhələ ərazisi isə 58.25 ha təşkil edir.

"Operativ Media" xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Aqil Qurbanov jurnalistlərə açıqlamasında Alıbəyli kəndində 2568 sakin üçün 498 ədəd fərdi yaşayış evi və 144 mənzildən ibarət 2-3 mərtəbəli binanın layihələndirilməsinin nəzərdə tutulduğunu deyib.

"Həmçinin birinci mərhələdə 772 sakin üçün 197 fərdi yaşayış evinin layihələndirilməsi və tikilməsi nəzərdə tutulub. Bundan əlavə, ərazidə İnzibati Bina, Klub-icma mərkəzi, Qonaq evi, İdman sağlamlıq mərkəzi, Çayxana, Ticarət obyekti, Ailə Sağlamlıq Mərkəzi, Mərasim Zalı, Bazar Kompleksi və digər qeyri-yaşayış obyektlərinin layihələndirilməsi planlaşdırılır. Alıbəyli kəndində əhali üçün tələbata uyğun 2 ədəd ümumilikdə 462 şagird yerlik, 1ci mərhələdə isə 143 şagird yerlik tam orta məktəblərin yerləşdirilməsi planlaşdırılır. Həmçinin 2 ədəd ümumilikdə 160 yerlik uşaq baxçası inşa olunacaq. 1-ci mərhələdə isə 50 yerlik uşaq bağçası inşa olunacaq. Əlavə olaraq kəndə yaşayacaq əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə kənd ərazisində bir neçə mövqədə geniş istifadə olunan qeyri-yaşayış obyektləri inşa olunacaq", - deyə A.Qurbanov əlavə edib.

OXŞAR XƏBƏRLƏR
AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

AYNA rəsmisi: Bakıda 5 mindən çox taksi sürücüsü daşımadan kənarlaşdırılıb

Şagird hansı halda məktəbdən uzaqlaşdırla bilər?

Şagird hansı halda məktəbdən uzaqlaşdırla bilər?

Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası kəsiləcək

Uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyası kəsiləcək

XƏBƏR LENTİ
  • 20:18

    Ukrayna müharibəyə son qoymağı planlaşdırır
  • 19:56

    "Neftçi" kolumbiyalı hücumçu ilə yollarını ayırdı
  • 19:52

    Bayden və Netanyahu arasında telefon danışığı baş tutub - YENİLƏNİB
  • 19:51

    Aİ səfirləri Moldova müxalifətinin üzvlərinə qarşı sanksiya tətbiq edəcək
  • 19:42

    Ukrayna Xorvatiya ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb
  • 19:24

    “ASAN xidmət” mərkəzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
    “ASAN xidmət” mərkəzində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
  • 19:16

    Şağan qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • 19:01

    Azərbaycan ADB ilə dəmiryolu və metroya göstərilə biləcək dəstək imkanlarını müzakirə edib
Menyu