http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ən çox yanğın təhlükəsi olan ərazilər Naxçıvan MR-də və Qazax-Gəncə bölgəsində qeydə alınıb

03 Oktyabr 2023 , 16:57
Ən çox yanğın təhlükəsi olan ərazilər Naxçıvan MR-də və Qazax-Gəncə bölgəsində qeydə alınıb

Bu ilin isti dövründə ən çox yanğın təhlükəsi olan ərazilər əsasən Naxçıvan Muxtar Respublikasında və Qazax-Gəncə bölgəsində qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, meşə zolaqlarının yanğın təhlükəsindən qorunması, yanğın təhlükəsi olan ərazilərdə əhalinin daha diqqətli davranması məqsədilə may-sentyabr aylarında meteoroloji müşahidə məlumatlarına əsasən riyazi üsullarla yanğın indeksi hesablanıb.

2023-cü ilin isti dövründə ən çox yanğın təhlükəsi olan ərazilər əsasən Naxçıvan Muxtar Respublikası və Qazax-Gəncə bölgəsində qeydə alınıb. Eyni zamanda, Balakən-Şəki, Quba-Xaçmaz, Dağlıq Şirvan, Lənkəran-Astara bölgələrinin bəzi rayonlarında yanğın indeksi çox yüksək həddə çatıb. Lakin bəzi günlərdə hava şəraitinin qeyri-sabit, yağmurlu keçməsi ilə əlaqədar yanğın indeksi sıfırlanıb. Bu da yanğın təhlükəsi riskini azaldıb.

Qeyd edək ki, hesablamalar aparıldıqdan sonra alınmış nəticə 5 əsas yanğın kriteriyasına əsasən qiymətləndirilir - yanğın yoxdur, kiçik yanğın, orta yanğın, yüksək yanğın, çox yüksək yanğın. Yüksək yanğın indeksi rütubətin aşağı, temperaturun yuxarı hədləri ilə əlaqədardır. Həmçinin külək parametrləri də yanğın təhlükəsinə təsir edən amillərdəndir.

Yanğın indeksi kriteriyasından asılı olaraq müxtəlif məzmunlu, kiçik, orta, yüksək və çox yüksək yanğın təhlükəsi olan ərazilər qeyd edilməklə Milli Hidrometeorologiya Xidməti tərəfindən informasiya xarakterli məlumatlar hazırlanıb. Yanğın indeksinin yüksək və çox yüksək olduğu hallarda lazımi təşkilatlar da xəbərdarlıqlarla təmin olunub.

OXŞAR XƏBƏRLƏR
Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır

Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır

Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib

Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib

“Medical Assistance” cərimələnib

“Medical Assistance” cərimələnib

XƏBƏR LENTİ
  • 14:20

    Estoniyalı futbolçu: "Azərbaycana qalib gəlmək üçün çalışırıq"
  • 14:18

    Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır
  • 14:11

    Aleksey Kaşuk: "Parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı"
  • 13:59

    Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib
  • 13:43

    Politico: Oktyabrın 22-də AP Kiyevə 35 milyard avro kredit ayrılması məsələsinə baxacaq
  • 13:27

    “Medical Assistance” cərimələnib
  • 13:20

    İcbari tibbi sığorta nədir və necə hesablanır ?
  • 13:05

    İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
Menyu