http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır

10 Oktyabr 2024 , 14:18
Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır

Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonları ərazisində məsafədən zondlama üsulu ilə meşə fondu sahələrində nümunə sahələri müəyyənləşdirilib, seçmə üsulu ilə bu sahələrə baxış keçirilib. Həmin meşələrin taksasiya elementləri öyrənilməklə plan-kartoqrafik materialları tərtib olunub. Hazırda Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı müvafiq işlər aparılır.

"Operativ Media" xəbər verir ki, bu sözləri Laçın şəhərində keçirilən Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov söyləyib.

Vüqar Kərimov deyib ki, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin, “Ağıllı Tinglik Təsərrüfatı”nın və “Dostluq meşəsi”nin yaradılması ilə bağlı Türkiyə Respublikası ilə birlikdə icra olunan layihələr çərçivəsində ərazinin hasarlanması, tinglik təsərrüfatı üçün istinad divarlarının hazırlanması, eləcə də içməli su, kanalizasiya, yağış suyu, drenaj və suvarma suyu üçün boruların çəkilişi işləri yerinə yetirilib.

“Həmçinin 16,4 hektar “Dostluq meşəsi”, eləcə də həmin əraziyə bitişik olan 57 ha torpaq sahəsində terras üsulu ilə yeni yaşıllıq sahəsi salınıb.

Hazırda Türkiyənin sifarişi ilə inzibati və köməkçi binaların tikintisinə cəlb edilmiş podratçı şirkətlər tərəfindən bünövrə hazırlanması, beton tökmə, eləcə də daş divarların inşası üçün hazırlıq işləri aparılır.

Ərazilərdə biomüxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 şahin quşu, 4 baş Şərqi Qafqaz turu və 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonuna bezoar keçilərinin reintroduksiyası məqsədilə 3 baş keçi Göygöl Milli Parkının 6-cı kvartalından Murovdağ istiqamətinə buraxılıb”, - deyə o vurğulayıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini əlavə edib ki, cari ilin sonunadək daha bir fauna növünün işğaldan azad edilmiş ərazilərə reintroduksiyası nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib

132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

DİN: Sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarılıb

DİN: Sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarılıb

XƏBƏR LENTİ
  • 15:51

    Harri Keyn İngiltərə millisinin Yunanıstanla oyununu buraxacaq
  • 15:38

    Tacikistan nümayəndə heyəti hərbi institutu ziyarət edib - VİDEO
  • 15:35

    132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib
  • 15:11

    Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib
    Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib
  • 15:08

    Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
    Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
  • 15:02

    Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
  • 14:54

    Qəzzada həlak olanların sayı artıb
  • 14:51

    DİN: Sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarılıb
Menyu