http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Qurban Qurbanov: "Hekken" istənilən rəqiblə görüşdə öz oyun üslubu ilə yaxşı nəticə əldə edə bilir"

03 Oktyabr 2023 , 19:04
Qurban Qurbanov: "Hekken" istənilən rəqiblə görüşdə öz oyun üslubu ilə yaxşı nəticə əldə edə bilir"

"Dünən və bu gün pis hazırlıq keçmədik. Yaxşı rəqibə qarşı oynayacağıq. "Hekken"in öz xüsusi oyun üslubları var. Futbolçulara rəqib haqda daha ətraflı məlumat verəcəyik. Vaxtımız var".

"Operativ Media" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İsveçin "Hekken" klubu ilə oyun üçün səfərə yollanarkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, "Hekken"in ilk oyunda "Bayer"ə 0:4 hesabı ilə məğlub olması bu komandanın autsayder olması demək deyil: "Məndə belə bir fikir formalaşmayıb. Səfərdə "Bayer"ə qarşı oynayırdılar. Qrupda dəfələrlə belə hallar olub, ilk oyunda məğlub olan komandalar daha sonra yaxşı nəticələr əldə edir. "Hekken" istənilən rəqiblə görüşdə öz oyun üslubu ilə yaxşı nəticə əldə edə bilir. Qarşıda oyunlarımız çoxdur. "Hekken"lə qarşılaşma bizim üçün vacib matçlardan biridir".

Q.Qurbanov heyətlə bağlı problemlərin olduğunu bildirib: "Bəhlul Mustafazadə, Marko Veşoviç zədəlidir. Redon Cica düzdür komanda ilə məşqlərə başlayıb, amma hələ tam hazır deyil. Bir-iki mikrozədəlilərimiz var. Onlar qarşıdakı günlərdə hazır olmalıdır".

Qeyd edək ki, oktyabrın 5-i oynanılacaq “Hekken” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR
Estoniyalı futbolçu: "Azərbaycana qalib gəlmək üçün çalışırıq"

Estoniyalı futbolçu: "Azərbaycana qalib gəlmək üçün çalışırıq"

Aleksey Kaşuk: "Parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı"

Aleksey Kaşuk: "Parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı"

"Əl Nəsr" Ronaldo ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb

"Əl Nəsr" Ronaldo ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb

XƏBƏR LENTİ
  • 14:20

    Estoniyalı futbolçu: "Azərbaycana qalib gəlmək üçün çalışırıq"
  • 14:18

    Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı işlər aparılır
  • 14:11

    Aleksey Kaşuk: "Parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı"
  • 13:59

    Vüqar Kərimov: 142 mineral xammal yatağında işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib
  • 13:43

    Politico: Oktyabrın 22-də AP Kiyevə 35 milyard avro kredit ayrılması məsələsinə baxacaq
  • 13:27

    “Medical Assistance” cərimələnib
  • 13:20

    İcbari tibbi sığorta nədir və necə hesablanır ?
  • 13:05

    İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib
Menyu