http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

NİİM: Yasamalda yolayrıcında avtomobillər üçün yaranan qəza şəraiti və nəqliyyat sıxlığı aradan qalxacaq

04 Oktyabr 2023 , 10:04
NİİM: Yasamalda yolayrıcında avtomobillər üçün yaranan qəza şəraiti və nəqliyyat sıxlığı aradan qalxacaq

Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

"Operativ Media" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bu ərazidə videoaşkarlayıcı kameralar  vasitəsilə günün pik saatlarında nəqliyyat vasitələrinin orta say və orta sürət məlumatları götürülərək xüsusi proqram təminatları vasitəsilə simulyasiya edilib və bunun əsasında təklif hazırlanıb.

Kəsişmədə yaranan qəza şəraiti və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə işlərə başlanılıb. Belə ki, bundan sonra nəqliyyat vasitələri Nazim Hikmət küçəsindən metronun “İnşaatçılar” stansiyası istiqamətinə birbaşa hərəkət edə bilməyəcəklər.

Çünki qeyd olunan istiqamətlərdə 5.8.1 nişanının quraşdırılması təmin edilib. Avtomobillər yalnız düzünə və sağa hərəkət edə biləcəklər. Belə ki, Musabəyov parkı istiqamətində və “İnşaatcılar” m/st istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri sağa dönərək irəlidə geriyədönmədən istifadə etməklə göstərilən ərazilərə gedə biləcəklər.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Bakının bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.

OXŞAR XƏBƏRLƏR
Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib

Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib

132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib

132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

XƏBƏR LENTİ
  • 16:15

    Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 16:01

    Anar Bağırov: "Dövlət hesabına hüquqi yardıma görə vəsaitin artırılması ilə bağlı məsələ öz həllini tapmalıdır"
  • 15:51

    Harri Keyn İngiltərə millisinin Yunanıstanla oyununu buraxacaq
  • 15:38

    Tacikistan nümayəndə heyəti hərbi institutu ziyarət edib - VİDEO
  • 15:35

    132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib
  • 15:11

    Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib
    Ədəbiyyat üzrə Nobel mükafatı Cənubi Koreya yazıçısına verilib
  • 15:08

    Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
    Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
  • 15:02

    Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
Menyu