http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

10 Oktyabr 2024 , 15:02
Parlamentin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Oktyabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya bildirilib ki, iclasda komitə sədri Musa Quliyev gündəliyə ikinci oxunuşda “Turizm haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihəsinin daxil edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Qanuna təklif edilən əlavə və dəyişikliklər ölkəmizdə mövcud olan, həmçinin gələcəkdə istifadəyə veriləcək turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növlərini müəyyənləşdirməklə yanaşı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə zəmin yaradacaq.

Musa Quliyev deyib ki, qanun layihəsi Milli Məclisdə səsə qoyularaq birinci oxunuşda qəbul edilib, layihə ilə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.

Fikir mübadiləsi şəraitində keçən müzakirələrdə komitənin sədri Musa Quliyev, sədr müavini Elşad Musayev, üzvləri Vüqar Bayramov, Soltan Məmmədov, Göydəniz Qəhrəmanov, Sevinc Hüseynova və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək ölkəmizdə turizm sektorunun inkişafının müxtəlif aspektlərinə dair məsələlərə toxunublar, qanun layihəsi ilə bağlı fikir və qeydlərini səsləndiriblər.

Müzakirəyə çıxarılan qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR
Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in amfibiya təyyarəsi Azərbaycana qayıdıb

Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in amfibiya təyyarəsi Azərbaycana qayıdıb

XƏBƏR LENTİ
  • 17:25

    Oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək
  • 17:20

    Gənclər və idman naziri Dünya Etnoidman Konfederasiyasının baş katibini qəbul edib
  • 17:10

    "Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?
  • 17:04

    Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər
  • 16:38

    Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • 16:36

    Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmiş FHN-in amfibiya təyyarəsi Azərbaycana qayıdıb
  • 16:28

    Müdafiə Sənayesi Nazirliyinin sözçüsü vəzifəsindən gedib
  • 16:24

    “Gold Star 1992” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib
Menyu