http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Fövqəladə Hallar Nazirliyi və Heydər Əliyev Beynəlxalq Aeroportu birgə təlim keçirib

05 Oktyabr 2023 , 11:00
Fövqəladə Hallar Nazirliyi və Heydər Əliyev Beynəlxalq Aeroportu birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti və Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən birgə xüsusi təlim keçirilib. Təlim Heydər Əliyev Beynəlxalq Aeroportunda həyata keçirilən təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması, fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən"Operativ Media"ya verilən məlumata görə, təlim ssenarisinə uyğun olaraq, aeroportun sərnişin və yük terminallarına “partlayıcı maddə”nin yerləşdirilməsi barədə daxil olmuş şərti məlumata əsasən əməliyyat simulyasiya edilib.

Belə ki, terminallarda partlayıcı maddənin yerləşdirilməsi barədə daxil olmuş şərti əməliyyat məlumatı əsasında hadisə yerinə “AZAL” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin xüsusi vasitələrlə təchiz edilmiş əməkdaşları, yanğınsöndürən-xilasedicilərdən ibarət bölmələr, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, xüsusi təlim görmüş itləri və tibbi personal cəlb olunub.

Ərazidə olan insanlar təhlükəsiz məsafəyə təxliyə olunduqdan sonra xüsusi təlim görmüş itlərlə aparılmış axtarış tədbirləri nəticəsində hava limanının sərnişin və yük terminallarında şərti sahibsiz şübhəli əşya qismində çantalar aşkar edilib. Müayinə nəticəsində çantalarıın içində “partlayıcı maddələr”in olması təsdiqlənib.

Aşkar olunmuş “partlayış təhlükəli əşyalar”ın təhlükəsiz şəraitdə daşınaraq ərazidən kənarlaşdırılması və xüsusi partlayış meydançasında “zərərsizləşdirilməsi” qərara alınıb.

Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda sexdə yanğın baş verib - VİDEO

Sumqayıtda sexdə yanğın baş verib - VİDEO

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

XİN: “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib

XİN: “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib

XƏBƏR LENTİ
  • 22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
  • 22:05

    Polşa Almaniyanın Şengen zonasına nəzarəti genişləndirməsinə cavab hazırlayır
  • 21:49

    Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • 21:24

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Ras-ən-Nabaa və Nuairi bölgələrinə hücum edib
  • 21:07

    XİN: “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib
    XİN: “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib
  • 21:00

    Fransanın energetika naziri Bakıya gəlib
  • 20:58

    Bakının bəzi ərazilərində qazın verilməsində fasilələr olacaq
  • 20:50

    Polşa Ukrayna üçün Starlink terminallarının istismarı üçün pul ödəməyə davam edəcək
Menyu