http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan Ordusunda çağırışçıların qəbulu prosesi davam edir - VİDEO

05 Oktyabr 2023 , 11:27
Azərbaycan Ordusunda çağırışçıların qəbulu prosesi davam edir - VİDEO

Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xidmətə yeni gələn çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçir, tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, mövsümə uyğun hərbi geyimlə və digər təminat növləri ilə tam təmin edilirlər.

Bütün hərbi hissələrdə şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara riayət olunmaqla şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yüksək kalorili yeməklər hazırlanır. Menyuda milli mətbəximiz üstünlük təşkil edir.

Çağırışçılara hərbi xidmətin xüsusiyyətləri, xidmət edəcəkləri hərbi hissə, günün nizam qaydaları barədə  ətraflı məlumat verilir, təhlükəsizlik qaydaları çatdırılır, maarifləndirici və fərdi söhbətlər aparılmaqla onların psixoloji xüsusiyyətləri öyrənilir.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq keçirilən fərdi hazırlıq məşğələlərində onlara nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Tacikistan nümayəndə heyəti hərbi institutu ziyarət edib - VİDEO

Tacikistan nümayəndə heyəti hərbi institutu ziyarət edib - VİDEO

İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib

İtaliyada Trans-Regional Dəniz Gücü Simpoziumu keçirilib

XƏBƏR LENTİ
  • 22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
  • 22:05

    Polşa Almaniyanın Şengen zonasına nəzarəti genişləndirməsinə cavab hazırlayır
  • 21:49

    Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • 21:24

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Ras-ən-Nabaa və Nuairi bölgələrinə hücum edib
  • 21:07

    XİN: “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib
    XİN: “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib
  • 21:00

    Fransanın energetika naziri Bakıya gəlib
  • 20:58

    Bakının bəzi ərazilərində qazın verilməsində fasilələr olacaq
  • 20:50

    Polşa Ukrayna üçün Starlink terminallarının istismarı üçün pul ödəməyə davam edəcək
Menyu