http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

05 Oktyabr 2023 , 11:41
Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharın etimadnaməsini qəbul edib.

"Operativ Media" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Səfir, ilk növbədə, İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi.

Azərbaycan ilə İordaniyanın dost və qardaş, zəngin tarixə malik ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu dedi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəklədiyini məmnunluqla qeyd etdi.

Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğuladı.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Ömər Bərəkət əl-Nahar paytaxtımızda gedən böyük inkişaf proseslərinin və insanların firavanlığının onda dərin təəssürat hissi yaratdığını dedi.

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə səfirə minnətdarlığını bildirdi və ona fəaliyyətində uğurlar arzuladı.

Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

XƏBƏR LENTİ
  • 22:05

    Polşa Almaniyanın Şengen zonasına nəzarəti genişləndirməsinə cavab hazırlayır
  • 21:49

    Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • 21:24

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Ras-ən-Nabaa və Nuairi bölgələrinə hücum edib
  • 21:07

    XİN: “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib
    XİN: “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib
  • 21:00

    Fransanın energetika naziri Bakıya gəlib
  • 20:58

    Bakının bəzi ərazilərində qazın verilməsində fasilələr olacaq
  • 20:50

    Polşa Ukrayna üçün Starlink terminallarının istismarı üçün pul ödəməyə davam edəcək
  • 20:45

    Azərbaycanda içməli su təminatı 85 %-ə çatdırılacaq
Menyu