http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

"TikTok"da işə düzəltmə adı altında 181 nəfəri aldadan şəxs saxlanılıb

05 Oktyabr 2023 , 17:49
"TikTok"da işə düzəltmə adı altında 181 nəfəri aldadan şəxs saxlanılıb

 “TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “yüksək maaşla iş” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub. Bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, paytaxt sakini 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənlərə şirkətdə yüksək gəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. T.Kərimovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər. 
 

OXŞAR XƏBƏRLƏR
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu