http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan Prezidentinin köməkçisi Qazaxıstan səfiri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

05 Oktyabr 2023 , 19:06
Azərbaycan Prezidentinin köməkçisi Qazaxıstan səfiri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Azərbaycan və Qazaxıstan beynəlxalq arenada uğurla əməkdaşlıq edir.

“Operativ Media” Qazaxıstan səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə görüşündə bildirilib.

Görüşdə sürətlənən ikitərəfli əməkdaşlıq templəri məmnunluqla qeyd olunub. Tərəflər həmçinin regional və beynəlxalq gündəmdə olan aktual məsələləri müzakirə ediblər.

Xüsusi diqqət nəqliyyat-logistika əməkdaşlığı və kommunikasiya mövzularına yetirilib.

Eyni zamanda, 3 noyabr 2023-cü il tarixində Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatının X yubiley Zirvə Görüşünün önəmi vurğulanıb.

Azərbaycan Prezidentinin köməkçisi qardaş Qazaxıstana dəstəyinə, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, regional məsələlərin həlli ilə bağlı konstruktiv yanaşmasına görə təşəkkürünü bildirib.

Səfir Alim Bayel Qazaxıstanın regionda sülh və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olduğunu qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu