http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Putin: Son Qarabağ hadisələri Praqa və Brüssel görüşlərinin qaçılmaz nəticəsi idi

05 Oktyabr 2023 , 20:47
Putin: Son Qarabağ hadisələri Praqa və Brüssel görüşlərinin qaçılmaz nəticəsi idi

"Ermənistan Qarabağı rəsmən Azərbaycanın bir hissəsi kimi tanıyıb. Rusiya bu halda nə etməlidir?" 

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

"2022-ci ilin payızında Ermənistan və Azərbaycan liderləri Avropa Şurasının rəhbəri Şarl Mişel, Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Praqada toplaşıblar.

Orada da bəyanat imzaladılar, bilirsiniz. Bəyanatdan belə çıxır ki, Ermənistan Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanıyıb. 

Yəni mahiyyət etibarilə Qarabağın statusu ilə bağlı əsas məsələ həll olundu. Qarabağ müstəqilliyini elan edəndə heç kim bu müstəqilliyi tanımırdı, hətta Ermənistan da. Hansı ki, açığı, mənə qəribə gəlir. Ancaq belə bir qərar verildi, onlar Qarabağın müstəqilliyini tanımırdılar. Amma burada, Praqada Qarabağın Azərbaycana məxsus olduğunu tanıdılar. Sonra 2023-cü ilin əvvəlində eyni şeyi ikinci dəfə, Brüsseldə analoji görüşdə təkrarladılar. Yeri gəlmişkən, bu barədə bizə heç kim heç nə deməyib. Bu barədə şəxsən mən mətbuatdan öyrəndim. Azərbaycan həmişə Qarabağı öz ərazisinin bir hissəsi hesab edib. Lakin Ermənistan Qarabağın statusunu Azərbaycanın tərkib hissəsi kimi müəyyən edərək, mövqeyində keyfiyyət dəyişiklikləri etdi. Bundan sonra görüşlərin birində prezident İlham Əliyev mənə yaxınlaşıb dedi: "Görürsən, hamı qəbul etdi, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir..."

OXŞAR XƏBƏRLƏR
Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

Muxtar Babayev ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu