http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Polşa: Almaniya Təhlükəsizlik Şurasına üzv ola bilməz

05 Oktyabr 2023 , 21:13
Polşa: Almaniya Təhlükəsizlik Şurasına üzv ola bilməz

"Almaniya İkinci Dünya Müharibəsi zamanı Polşaya dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı Varşava ilə dialoqa başlayana qədər BMT Təhlükəsizlik Şurasında daimi üzvlük statusu iddia edə bilməz". 

"Operativ Media" xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik "Newsweek"ə müsahibəsində bildirib.

"Almaniya Polşa ilə danışıqlara başlamaqdan imtina etdikcə, onun BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə namizədliyi absurddur", - o deyib.

"Polşalılar hesab edir ki, amerikalılar İkinci Dünya Müharibəsi zamanı Polşaya dəyən zərərin ödənilməsi məsələsinə rəğbətlə yanaşmalıdırlar", - Mularçik əlavə edib.

Onun sözlərinə görə, Almaniya mühüm Aİ və NATO ölkəsi kimi nümunə göstərməlidir: "Almaniya Polşa ilə danışaraq, öz öhdəliklərindən qorxmadığını, ikili standartlara əl ata bilməyəcəyini və aparıcı dövlət kimi mərkəzi yer tuta biləcəyini sübut etməlidir".

Qeyd edək ki, 2022-ci il sentyabrın 1-də Polşa hakimiyyət orqanları 1939-cu ildən 1945-ci ilə qədər faşist Almaniyasının hücumu və alman işğalı nəticəsində Polşanın verdiyi itkilərə dair respublikanın ekspertləri tərəfindən hazırlanmış üç cildlik hesabatı təqdim edib. Buna görə, Almaniyanın Polşaya ödəyəcəyi yekun məbləğ 1,3 trilyon dollardan 1,5 trilyon dollara qədər dəyişir. Həmin il oktyabrın 3-də xarici işlər naziri Zbiqnev Rau Almaniyadan təzminat ödəməsini tələb edən nota imzalayıb.

Almaniya hökuməti dəfələrlə bildirib ki, Polşa 1953-cü ildə təzminatlardan rəsmən imtina etdiyi üçün ödənişlı bağlı heç bir səbəb görmür. Varşava iddia edir ki, 1953-cü il müqaviləsi SSRİ-nin təzyiqi altında imzalanıb və yalnız artıq mövcud olmayan Almaniya Demokratik Respublikası və Polşa Xalq Respublikasına aid olub. 

OXŞAR XƏBƏRLƏR
Xorvatiyada COP29-la bağlı tədbir keçirilib

Xorvatiyada COP29-la bağlı tədbir keçirilib

Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb

Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb

Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib

Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu