http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

KTN: Bal yarmarkalarında alıcılıq qabiliyyəti kifayət qədər yüksəkdir

06 Oktyabr 2023 , 10:06
KTN: Bal yarmarkalarında alıcılıq qabiliyyəti kifayət qədər yüksəkdir

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda oktyabrın 2-dən etibarən başlayan arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilməkdədir. Bal yarmarkaları 22 oktyabr tarixlərinə qədər davam edəcək.

Bəs bu yarmarkalarının keçirilməsinin arıçılığa və eləcə də kənd təsərrüfatına hansı faydaları var? 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Operativ Media”ya açıqlayıb ki, belə yarmarkaların keçirilməsi arıçılıqla məşğul olan fermerlərimiz üçün əlavə bir satış platforması yaradır və kənd təsərrüfatı fəaliyyəti vergidən azad  olduğuna görə arıçılar müəyyən qədər qazanc əldə edə bilirlər:

“Arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış yarmarkası indiyə qədər keçirdiyimiz ənənəvi tədbirlərdən biridir. Belə yarmarkaların keçirilməsi əslində arıçılıqla məşğul olan fermerlərimiz üçün əlavə bir satış imkanları yaradır və nəticə etibarilə arıçılar öz məhsullarının satışını özləri realizə edirlər. Eyni zamanda kənd təsərrüfatı fəaliyyəti vergidən azaddır və buradan arıçılar müəyyən qazanc əldə edirlər. Nəticə etibarilə artıq  dörd yarmarkamız fəaliyyət göstərir. Üç həftə davam edəcək yarmarkaya maraq böyükdür. Bu il bal istehsalında məhsuldarlıq çox aşağı olmasına rəğmən yarmarkaya 95  ton məhsul çıxarılıb. Azərbaycanın bütün iqtisadi zonalarından və bütün bölgələrindən olan arıçılar, çoxlu sayda məhsullar çeşid-çeşid təmsil olunur və qiymətləri fermerlər tərəfindən maya dəyərinə uyğun olaraq müəyyənləşdirilir”.

Vüqar Hüseynov bildirib ki, keçən ilə nisbətən qiymətlər yüksəkdir:

“Balın çeşidindən və digər arıçılıq məhsullarının növlərindən asılı olaraq qiymətlər 15-50 manat arasında dəyişir. Bu yarmarkanın həmişə  ilk günlərində yüksək qiymətlər olur, sonra yavaş-yavaş qiymətlər sabitləşməyə başlayır. Çünki arıçılar məhsullarının qiymətlərini hər nə qədər öz istəklərinə uyğun yüksək müəyyənləşdirsələr də, alıcılıq qabiliyyəti deyə bir anlayış var ki, ona uyğunlaşdırmaq məcburiyyətindədirlər. Sərbəst iqtisadiyyatda bazar münasibətləri bunu tələb edir. Dünən və bu gün apardığımız müşahidələr göstərir ki, qiymətlər sabitləşməyə başlayıb və vətəndaşlar öz ağız dadlarına, alıcılıq qabiliyyətlərinə uyğun olaraq istənilən arıçılıq məhsulunu yarmarkadan ala bilərlər”. 

Onun sözlərinə görə, yarmarkanın əsas məqsədi satışında problem olan arıçılara dəstək olmaqdır:

“Yarmarkalar arıçılara dəstək məqsədi güdür və zəhmetkeş fermerlərin il ərzində çəkdikləri əziyyətin bəhrəsini görmələrinə xidmət edir. Onların daha çox gəlir etməsi bizim əsas hədəflərimizdən biridir. Vətəndaşların yarmarkaya marağı isə əvvəlki illərin yarmarkalarından fərqli olaraq daha yüksək olduğunu subyektiv olaraq deyə bilərəm. Öz müşahidələrimə görə, əvvəlki illərdə keçirilən yarmarkalara təxminən, ilk üç gündə maarifləndirmə işləri aparıldıqdan sonra axın başlayırdı, amma bu il biz bir az əvvəldən başlamışıq. Təbii ki, belə bir yarmarka keçiriləcək. Amma ümumi baxanda vətəndaşların yarmarkaya axını çox normaldır və ayrı-ayrı arıçılarla etdiyimiz söhbətlərdən görürük ki, rəqəmlər ötən ilə görə kifayət qədər yüksəkdir”.

OXŞAR XƏBƏRLƏR
Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur

Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu