http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanda kənd təsərrüfatının siyahıyaalınması üçün Siyahıyaalma qrupu yaradılacaq

06 Oktyabr 2023 , 11:15
Azərbaycanda kənd təsərrüfatının siyahıyaalınması üçün Siyahıyaalma qrupu yaradılacaq

Azərbaycanda kənd təsərrüfatının siyahıyaalınması üçün Siyahıyaalma qrupu yaradılacaq.

"Operativ Media" xəbər verir ki, bu, Nazirlər Kabineti “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” qərar ında əksini tapıb.

Qərara əsasən, Dövlət Statistika Komitəsinə kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi, əldə olunan məlumatların işlənilməsi, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər, müəllim və tələbələr, uçot sahəsində səriştəsi olan digər şəxslər cəlb olunmaqla aşağıdakı tərkibdə Siyahıyaalma qrupunun yaradılmasına icazə verməlidir:

- Siyahıyaalma qrupunun rəhbəri - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

- Siyahıyaalma qrupu rəhbərinin müavini - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

- baş məsləhətçi - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

- aparıcı məsləhətçi - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

- məsləhətçi - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

- məlumat bazasının administratoru - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

- sistem administratoru - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

- kompüter şəbəkəsi üzrə mütəxəssis - 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;

- təlimatçı-nəzarətçilər - orta hesabla 10 sayıcıya 1 nəfər olmaqla 2025-ci il iyulun 10-dan avqustun 18-dək (sınaq siyahıyaalınması üzrə 2024-cü il iyulun 10-dan avqustun 18-dək);

- sayıcılar - orta hesabla 120 təsərrüfat üçün 1 nəfər olmaqla 2025-ci il iyulun 10-dan avqustun 18-dək (sınaq siyahıyaalınması üzrə 2024-cü il iyulun 10-dan avqustun 18-dək).

Bu Qərarda qeyd olunan şərtlərlə sayıcıların ümumi sayının 3,0 faizi hesabı ilə ehtiyat sayıcılar müəyyən edilməlidir.

Təlimatçı-nəzarətçilər və sayıcılar istisna ilə, cəlb olunacaq şəxslərlə münasibətlər əmək müqaviləsi, təlimatçı-nəzarətçilər və sayıcılarla isə xidmət müqaviləsi ilə rəsmiləşdirilməlidir.

OXŞAR XƏBƏRLƏR
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu