http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Elçin Quliyev sərhədçilərin peşəkarlığının artırılması üçün görülən işləri açıqlayıb

06 Oktyabr 2023 , 11:15
Elçin Quliyev sərhədçilərin peşəkarlığının artırılması üçün görülən işləri açıqlayıb

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində müasir tələblərə cavab verən, Xəzər dənizində mürəkkəb üzmə şəraitində xidməti-döyüş tapşırıqlarını icra etməyə qadir olan "Tufan" və "Şahdağ" tipli sərhəd gözətçi gəmilərinin inşası və DSX-nin tərkibində xüsusi hava əməliyyatları qüvvələrinin yaradılması, PUA-ların effektiv döyüş tətbiqi üzrə Azərbaycan sərhədçilərinin peşəkarlığının əksər xarici dövlətin Silahlı Qüvvələrində etalon kimi qəbul edilməsi bütünlüklə yüksək nailiyyətlərdir.

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

O qeyd edib ki, DSX Akademiyasının və Xüsusi Məktəbinin yaradılması ilə Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi tədris sisteminin formalaşdırılması, xarici dövlətlərin sərhəd mühafizə qurumlarının kursantlarının DSX Akademiyasında təhsil almaları və xarici həmkarlarımızdan bununla əlaqədar müraciətlərin daxil olmasının davam etməsi, eyni zamanda sərhədçilərin sosial-məişət vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər ötən müddət ərzində qazanılan ciddi müvəffəqiyyətlərdir:

 

"Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə 2007-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasının, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə DSX-nin tərkibində xüsusi təyinatlı tam orta təhsil müəssisəsinin - Xüsusi Məktəbin yaradılması, Heydər Əliyev Fondunun dəstəyilə zəruri tədris və maddi-texniki baza ilə təchiz edilməsi sayəsində bu illər ərzində Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi təhsil sisteminin formalaşdırılmasına nail olunub. Nəticə etibarilə Xüsusi Məktəbdə 7 il, Akademiyada 4 il olmaqla, cəmi 11 il müddətində Vətəninə, Prezidentinə, dövlətçiliyinə sadiq vətənpərvər sərhədçi zabit heyətinin yetişdirilməsi üçün tam şərait yaradılıb".

OXŞAR XƏBƏRLƏR
Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur

Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu