http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Prezident İlham Əliyev Serbiya Milli Assambleyasının sədrini qəbul edib

06 Oktyabr 2023 , 11:28
Prezident İlham Əliyev Serbiya Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçi qəbul edib.

"Operativ Media" xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında dostluq əlaqələrinin zəngin tarixə malik olduğunu deyərək bunun qarşılıqlı dəstəyə əsaslanan münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaratdığını bildirdi, Serbiyaya səfərini məmnunluqla xatırladı.

İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev investisiya, enerji, sənaye sahələri ilə bağlı fəal əməkdaşlığın həyata keçirildiyini dedi. Dövlətimizin başçısı münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin də önəmini qeyd etdi.

Azərbaycan Prezidenti Vladimir Orliçin səfərinin dinamik şəkildə inkişaf edən əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.

Qonaq ilk növbədə Serbiya Prezidenti Aleksandar Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Serbiya Milli Assambleyasının sədri ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Serbiyanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində haqlı mövqelərini dəstəklədikləri qeyd edildi, münasibətlərimizin strateji tərəfdaşlıq prinsiplərinə, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslandığı vurğulandı, parlamentlərarası əlaqələrin və parlamentlərarası beynəlxalq təşkilatlarda əməkdaşlığımızın vacibliyi vurğulandı.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu