http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Yeni körpülər vasitəsilə İran ərazisindən keçməklə Naxçıvanla bağlantı yaradılacaq - Şahin Mustafayev

06 Oktyabr 2023 , 14:31
Yeni körpülər vasitəsilə İran ərazisindən keçməklə Naxçıvanla bağlantı yaradılacaq - Şahin Mustafayev

Azərbaycan-İran əlaqələri çoxsaxəlidir. Bu, iqtisadi, ticari, logistik və enerji sahələrini əhatə edir.

"Operativ Media" xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Zəngilanda jurnalistlərə açıqlamasında bildirib.

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın ölkəmizə səfəri zamanı Azərbaycan-İran arasında nəqliyyat əlaqələrinin inkişafı məsələlərinə daha çox vaxt ayrılacağını söyləyən Ş.Mustafayev qeyd edib ki, iki əvvəl dünyanı koronavirus pandemiyası bürüsə də, bu, ölkələrimizin nəqliyyat daşımalarına təsir etmədi. Onun sözlərinə görə, bu ilin 8 ayında yükdaşımalar 41 faiz artıb. Bundan başqa, tranzit daşımalarının həcmi 47 faiz çoxalıb. Həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə daşımaların həcmi 57 faiz artıb.

Nəqliyyat sektorunda daha böyük potensialın olduğunu vurğulayan Baş nazirin müavini bildirib ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbədən sonra regionda yeni vəziyyət yaranıb, nəqliyyat-logistik sektorda yeni imkanlar açılıb.

Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə bərpa işlərinin aparılmasına və ərazilərin potensialından səmərəli istifadə olunmasına xüsusi önəm verir: “Hazırda bu ərazilərdə genişmiqyaslı proqramlar yerinə yetirilir, o cümlədən yeni nəqliyyat infrastrukturu yaradılır. Hazırda Horadizdən Ağbəndə kimi avtomobil yolu çəkilir və dəmir yolu infrastrukturu bərpa olunur. Bu tədbirlər nəticəsində bölgənin tranzit imkanları artır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub”.

Onun sözlərinə görə, Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Ş.Mustafayev bildirib ki, qarşılıqlı razılaşma əldə olunub, körpünün layihəsi hazırlanıb. Bundan başqa, Araz çayı sahilinin bərpası işləri də aparılıb və çay əvvəlki məcrasına qaytarılıb. Eyni zamanda, gömrük keçid məntəqəsi infrastrukturunun da yaradılması nəzərdə tutulur.

Baş nazirin müavini qeyd edib ki, Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq: “Bu yol tranzit yüklərin daşınmasına da xidmət edəcək. Həm Azərbaycan, həm İran, həm də region üçün əhəmiyyətli olacaq. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur. Bunun nəticəsində bölgə logistik mərkəzə çevriləcək”.

O əlavə edib ki, ərazidə avtomobil yolu ilə yanaşı, dəmir yolu körpüsünun də tikintisi nəzərdə tutulub. Bütün infrastruktur bir il ərzində reallaşdırılacaq.

 

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib - YENİLƏNİB

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

XƏBƏR LENTİ
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
  • Dünən
    22:51

    Zelenski Ukrayna üzrə ikinci konfransın noyabrda keçiriləcəyini bildirib
  • Dünən
    22:40

    Azərbaycanda su tarifləri diferensiallaşdırılacaq
  • Dünən
    22:31

    İsrailin Beyruta endirdiyi hava zərbələri nəticəsində 11 nəfər ölüb
  • Dünən
    22:17

    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
    Sumqayıtda sexdə yanğın baş verib - VİDEO
Menyu