http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

FHN-in Akademiyasında gənc kursantların andiçmə və buraxılış mərasimi olub

06 Oktyabr 2023 , 14:38
FHN-in Akademiyasında gənc kursantların andiçmə və buraxılış mərasimi olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri, nazirliyin məsul vəzifəli şəxsləri, Akademiyanın müəllim və professor heyəti, FHN Akademiyasının kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir müavini bildirib ki, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan müqəddəs Vətən torpaqları ulu öndər Heydər Əliyevin mütərəqqi siyasətinin layiqli davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən cəmi 44 gün davam edən Vətən müharibəsində azad edildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Vətən torpalarının düşmən tapdağından azad olunmasında Fövqəladə Hallar Nazirliyi də üzərinə düşən vəzifələrini şərəflə yerinə yetirdi.

Dövlət başçısının diqqət və qayğısı sayəsində fövqəladə hallarla mübarizə üzrə yüksək səviyyəli kadrların yetişdirilməsi üçün Nazirliyin Akademiyasında hərtərəfli şəraitin mövcud olduğunu vurğulayan nazir müavini kursantların bu şəraitdən yararlanaraq dərin biliklərə yiyələnib daha güclü və qüdrətli Azərbaycana ləyaqətlə xidmət edəcəklərinə əmin olduğunu bildirib, bu yolda məzunlara və kursantlara uğurlar arzulayıb.

Sonra Akademiyanın magistratura pilləsini əla qiymətlərlə bitirmiş baş leytenant Vüqar Həziyev məzunlar adından çıxış edərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin titanik fəaliyyəti sayəsində ərazi bütövlüyü və suverenliyini tam bərpa etmiş qüdrətli Azərbaycanın vətəndaşı olmaqdan, Sİlahlı Qüvvələrin zabiti kimi Vətənə şərəflə xidmət etməkdən qürur hissi keçirdiyini vurğulayıb. Akademiyada dərin biliklərə yiyələndiklərini qeyd edən zabit qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə, verilən bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirəcəklərinə söz verib.

Daha sonra mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.

Akademiyanın magistratura pilləsini əla qiymətlərlə bitirmiş məzun leytenant Təhməz Heydərov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib.

Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.

OXŞAR XƏBƏRLƏR
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

XƏBƏR LENTİ
  • 08:22

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:02

    Ukrayna prezidenti İtaliyay səfər edib
  • 07:24

    UEFA Millətlər Liqası: İngiltərə uduzdu, Fransa qalib gəldi
  • 07:13

    Rusiya prezidenti Türkmənistana gedib
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
Menyu