http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ekologiya və təbii sərvətlər naziri Xaçmazda vətəndaşları qəbul edib

06 Oktyabr 2023 , 15:46
Ekologiya və təbii sərvətlər naziri Xaçmazda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, oktyabrın 6-da ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xaçmaz şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin inzibati binasında vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, qəbuldan əvvəl nazir və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

OXŞAR XƏBƏRLƏR
Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur

Səbinə Əliyeva: Dünyada tibbi xidmət hüququnun təmini sahəsində problemlər mövcuddur

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

"Temu" və "Trendyol"un üstün və mənfi cəhətləri nələrdir?

XƏBƏR LENTİ
  • 08:22

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:02

    Ukrayna prezidenti İtaliyay səfər edib
  • 07:24

    UEFA Millətlər Liqası: İngiltərə uduzdu, Fransa qalib gəldi
  • 07:13

    Rusiya prezidenti Türkmənistana gedib
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
Menyu