http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş nazir Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

06 Oktyabr 2023 , 16:07
Baş nazir Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.

Nazirlər Kabinetindən "Operativ Media" ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edildi. Dövlət başçıları arasında sıx təmasların və qarşılıqlı səfərlərin münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulandı.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında Serbiyaya rəsmi səfəri zamanı prezidentlər tərəfindən imzalanan Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumun dövlətlərarası əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı qeyd olundu. Eyni zamanda Serbiya Prezidenti Aleksandar Vuçiçin ötən ilin dekabr ayında Azərbaycana işgüzar səfərinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Baş nazir cari ilin may ayında Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak və çıxış etdiyinə görə Vladimir Orliçə təşəkkürünü bildirdi.

Qeyd olundu ki, Azərbaycan və Serbiya həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.

 

Tərəflər ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması istiqamətində əlavə addımların atılması zərurətini təsdiq etdilər. Bu xüsusda cari ilin aprel ayında Belqradda keçirilən birgə Hökumətlərarası komissiyanın 7-ci iclasında əldə olunan razılaşmaların praktiki icrasının vacibliyi vurğulandı.

Energetika sahəsində əməkdaşlığa toxunularaq ötən ilin oktyabr ayında Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti vurğulandı, Bolqarıstan-Serbiya İnterkonnektoru istismara veriləndən sonra Serbiyanın da Azərbaycan qazını ala biləcəyi diqqətə çatdırıldı.

Görüşdə həmçinin iki ölkə arasında nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

OXŞAR XƏBƏRLƏR
Ukrayna prezidenti İtaliyay səfər edib

Ukrayna prezidenti İtaliyay səfər edib

Rusiya prezidenti Türkmənistana gedib

Rusiya prezidenti Türkmənistana gedib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

XƏBƏR LENTİ
  • 08:22

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:02

    Ukrayna prezidenti İtaliyay səfər edib
  • 07:24

    UEFA Millətlər Liqası: İngiltərə uduzdu, Fransa qalib gəldi
  • 07:13

    Rusiya prezidenti Türkmənistana gedib
  • 00:08

    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür
  • Dünən
    23:44

    Xorvatiyada COP29-la bağlı tədbir keçirilib
  • Dünən
    23:30

    Malidə daşqınlar nəticəsində 77 nəfər ölüb
  • Dünən
    23:02

    Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
Menyu