http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycan və Gürcüstan dəniz limanı ticarət və əməkdaşlıq əlaqələrinə necə təsir göstərəcək? - AÇIQLAMA

09 Oktyabr 2023 , 16:21
Azərbaycan və Gürcüstan dəniz limanı ticarət və əməkdaşlıq əlaqələrinə necə təsir göstərəcək? - AÇIQLAMA

Azərbaycan və Gürcüstan dəniz limanı tikəcək.  

Xəbər veriyimiz kimi, bu barədə Gürcüstanın Baş naziri öz çıxışında bildirib:

“Tezliklə biz Anakliya dəniz limanının inşasına başlayacağıq. Onun da yükaşırma qabiliyyəti 100 milyon tona bərabər olacaq. Eyni zamanda, biz Şərq-Qərb avtomagistralının inşasını da başa çatdıracağıq. Biz Azərbaycanla istənilən istiqamətdə uğurla əməkdaşlıq edirik. Biz bir neçə ay ərzində növbəti tarixi layihənin genişləndirilməsini də qeyd edəcəyik. O layihə də uğurla başa çatacaqdır. Ona görə də bizim çox aydın perspektivlərimiz var. Gələcəyə baxışımız olduqca aydındır. Əminəm ki, Azərbaycanla bizim tərəfdaşlığımız və dostluğumuz uzunömürlü olacaq".

İqtisadçı ekspert Eldəniz Əmirov “Operativ Media”ya limanın Azərbaycan və Gürcüstan iqtisadi əlaqələrinin inkişafına təsiri barədə danışıb.

O qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında olan münasibətlərin mövcud potensialı yüksək səviyyədə davam edir, amma iqtisadi baxımdan münasibətlər mövcud potensialı tam əks etdirmir:

“Nəzərə alsaq ki, Azərbaycanın iki ölkə arasında ticarət dövriyyəsi 1 milyarda hələ də gəlib çatmayıb, lakin düşünürəm ki, bu il 900 milyon dollardan artıq olma potensialı var. Çünki artıq bu ilin səkkiz ayı ərzində 612 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb ki, bu da proporsional, yəni mütənasib şəkildə hesablandıqda təxminən ilin sonunadək Gürcüstanla ölkəmiz arasındakı ticarət dövriyyəsinin 906 milyon dollar həcmində olması və növbəti ildən artıq 1 milyard dollarlıq ticarət dövriyəsinin olması deməkdir”.

Ekspert Azərbaycan və Gürcüstan arasında dəniz limanı vasitəsilə idxal və ixracı güclənəcək məhsullar barəsində də şərh bildirib:

“İdxal-ixrac məsələsində Azərbaycan daha çox üstünlüyə malikdir, müsbət saldo mövcuddur. Azərbaycan neft və neft məhsullarını ixrac edir, Gürcüstandan ölkəmizə müxtəlif kənd təsərrüfatı, emal sənayesi məhsulları idxal olunur. Almaniyada, Avropada ixtisas olunmuş məhsullar, avtomobillər və s. məhz Gürcüstan üzərindən Azərbaycana gətirilir və bu faktorların hər biri üzrə genişlənmə mümkündür. Ələxsus, tikiləcək dəniz limanı alternativ enerji sahəsində ölkə arasında olan əməkdaşlıq-ticarət dövriyyəsinə gələcəkdə müsbət təsirini göstərəcək.

İki ölkənin birgə layihəsi olan alternativ enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisinin Qara dənizin dibi ilə Avropaya ixrac olunması birgə əməkdaşlıq üçün yeni müstəvi yaradır”.

 

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

BƏƏ ilə COP29 çərçivəsində tərəfdaşlıq barədə müzakirələr aparılıb

XƏBƏR LENTİ
  • 22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
  • 22:07

    Ukrayna Silahlı Qüvvələrinin Şebekin məntəqəsini atəşə tutması zamanı 9 nəfər yaralanıb
  • 22:00

    UEFA Millətlər Liqası: Azərbaycan Estoniyaya məğlub oldu
    UEFA Millətlər Liqası: Azərbaycan Estoniyaya məğlub oldu
  • 21:56

    Xocavəndin hərbi komissarı həbs edilib
    Xocavəndin hərbi komissarı həbs edilib
  • 21:48

    Bayden Floridaya səfər edəcək
  • 21:24

    Ermənistanda zəlzələ baş verib
  • 21:13

    Rusiya Yaponiyaya xəbərdarlıq edib
  • 20:59

    Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb
Menyu