http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Hesablarımızın şifrələrini necə qoyaq ki, təxmin edilməsin?

16 Fevral 2024 , 14:10
Hesablarımızın şifrələrini necə qoyaq ki, təxmin edilməsin?

2023-cü ildə dünyada ən populyar olan parollar açıqlanıb. İstifadəçilərin çoxu hesablarına"123456", “123456789”, "1000000" və s kimi sadə parollar təyin ediblər.

Bundan başqa hesablarına parol təyin edərkən sevgililərinin adını, “salam” və ya “şifrə” sözünü də istifadə edənlər var.

Araşdırmaçılar keçən il məlumat sızması səbəbindən ictimaiyyətə açıqlanan 200 milyon hesabı (e-poçt və parol cütləri) təhlil ediblər. Bunlardan yalnız 44 milyonu təxmin edilə bilməyən şifrələrə sahib olub.

Bəs hesablarımıza necə şifrələr qoymalıyıq ki, təxmin edilməsin?

Bu barədə rəqəmsal marketinq meneceri Həsən Fətəliyev “Operativ Media”ya bildirib ki, güclü parol dedikdə xüsusi hazırlanmış xakker proqramları və ya insanlar tərəfindən qırılması çətin olan parol nəzərdə tutulur:

“Parol qoymaq əksər insanlarda ortaq bir mexanizmlə olur: ad, rəqəm və ya simvol. Məhz buna görə də xakker proqramları hesab olunan proqramların əsas mahiyyəti 10 minlərlə parol bazasını özündə cəmləşdirməkdir. Parolunuz o qədər spesifik olmalıdır ki, insanlar üçün heç bir şəkildə asan təxmin edilməsin. Bunun üçün minimum 6 işarədən ibarət olmalıdır. Ən azı bir hərf böyük ilə olmalı, bütövlükdə isə hərf (A-Z), rəqəm (0-9), simvollardan (!"£$%^&) ibarət olmalıdır”.

Ekspert istifadəsi məsləhət olmayan parollardan da danışıb:

“Əvvəlki parolunuza bənzər parollar, ad, soyad, istifadəçi adı (username) və şirkət adı olan parollar, tərsinə yazılmış sözlər, klaviatura düzülüşünə uyğun simvollar (qwerty, abcdef, 12345), “parol”, “şifrə”, “password” sözlərinə uyğun sözlər istifadə etmək, hərf yerinə rəqəm istifadə etmək, məsələn, “ke4i” və s.”.

H. Fətəliyev qeyd edib ki, hazırda parol yaratmaq, onu qorumaq üçün xidmət verən saytlar var, ancaq bu saytlardan istifadə etmədən əvvəl araşdırmaq məsləhət olunur:

“Bir neçə parolu yadda saxlamaq çətin olduğu üçün artıq axtarış platformalarında şifrə menecerləri funksiyaları mövcuddur. Alternativ bir üsul isə parol cədvəlindən istifadə etməkdir. Məsələn, hər-hansı bir sayt parol üçün, demək olar ki, öz əlifbasını yaradır, məsələn orada B hərfi "jv" kimi olur. Həmin saytlardan birinin əlifbasından istifadə edərək, parol yarada bilərsiniz. Bu halda hansı əlifbadan istifadə etdiyinizi ancaq siz bilmiş olacaqsınız. Bundan əlavə, təbii ki, ən əsası parollarınızı heç kimlə bölüşməyin. Parollar şəxsi olmalıdır. Şəxsi olmayan hər şey kütləvi olur”.

Sevinc İbrahimzadə

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

XƏBƏR LENTİ
  • 11:34

    Zaqatalada nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb
  • 11:31

    Məhkəmə “Emiland” şirkətini cərimələyib
  • 11:27

    Prezident İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıb
  • 11:25

    3 orta ixtisas təhsili müəssisəsinə yeni rəhbərlər təyin edilib
  • 11:20

    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
  • 11:17

    Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub
  • 11:15

    AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub
  • 11:06

    Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq
Menyu