http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azercell dövlət şirkətinin tarifləri qaldırması qanuna uyğundurmu? - Mütəxəssisdən CAVAB

19 Fevral 2024 , 19:55
Azercell dövlət şirkətinin tarifləri qaldırması qanuna uyğundurmu? - Mütəxəssisdən CAVAB

Bu gün bu dövlət operatorunun mobil internetinin qiymət artımı, tarif planlarını dəyişdirməsi ilə bağlı bizə çoxsaylı müraciətlər olub, cavablandırmağa imkanım olmamışdı. Dərhal qeyd etmək istərdim ki, mobil bazarda hökmran mövqe tutan bu dövlət şirkətinin heç bir əsaslandırma olmadan danışıq və data qiymətlərini, SMS qiymətini qaldırması, tarif şərtlərini dəyişməsi çox təəccüblüdür və qanuniliyi ağlabatan deyil.

"Operativ Media" xəbər verir ki, bu fikirləri İT üzrə mütəxəssis Osman Gündüz özünün "Facebook" hesabında yazıb. 

"Düşünürəm ki, ən qısa zamanda sektorun tənzimləyici qurumu olan İKTA və Antiinhisar Dövlət Xidməti bu məsələni araşdırıb, dövlət şirkətinin bu addımının qanuna uyğun olmasına rəy verməlidir. Mobil bazardakı rəqabətli mühit araşdırılmalıdır. Görəsən bu dövlət şirkəti üçün hansı əsaslar yaranıb ki, xərcləri artıb. Həqiqətənmi bu xərclər artıb?

Ümumiyyətlə isə, Azercell dövlətləşəndən sonra qoyulan investisiya və şəbəkə xərclərinin, qiymət artımının dinamikasını analiz etmək də faydalı olardı.

Düşünürəm ki, adı çəkilən dövlət qurumlarının müvafiq rəylərinədək yeni qiymət artımları və tarif planlarındakı dəyişiklik dayandırılmalıdır.
Yeri gəlmişkən, xatırladıram ki, qonşu ölkələrlə, region ölkələri ilə müqayisədə bizdəki tariflər heç də əlçatan və aşağı deyil.

Eyni zamanda xatırladıram ki, Qazaxıstan, Ermənistan, Gürcüstan mobil operatorları bizim operatorlardan fərqli olaraq daha böyük investisiyalar yatırırlar, yəni 5G şəbəkəsi üçün ötən illərdən lisenziya alıblar və yeni şəbəkələr qururlar.

Yəni onlarda yeni şəbəkələr və yeni böyük investisiyalar var. 
Amma qiymət artımı müşahidə olunmur. Ümid edirəm tənzimləyici qurumlarımız baş verənlərin ağlabatan bir izahatını verəcəklər", - mütəxəssis qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

Mobil telefonlar hansı hallarda partlaya bilər?

Mobil telefonlar hansı hallarda partlaya bilər?

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 11:41

    Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
  • 11:34

    Zaqatalada nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb
  • 11:31

    Məhkəmə “Emiland” şirkətini cərimələyib
  • 11:27

    Prezident İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıb
  • 11:25

    3 orta ixtisas təhsili müəssisəsinə yeni rəhbərlər təyin edilib
  • 11:20

    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
  • 11:17

    Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub
  • 11:15

    AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub
Menyu