http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Süni intellekt hansı peşə sahiblərini işsiz qoya bilər?

20 Fevral 2024 , 11:18
Süni intellekt hansı peşə sahiblərini işsiz qoya bilər?

“Fiziki işləri artıq süni intellekt əvəzləyə bilir. Dünyanın bir çox yerində bunun nümunələri var. Tədricən xeyli sayda insan işsiz qala bilər”.

Bunu “Operativ Media”ya açıqlamasında informasiya kommunikasiya texnologiyaları üzrə mütəxəsis Samir Sərdarlı deyib.

Samir Sərdarlı deyir ki, süni zəka daha çox fiziki işləri əvəzləyəcək. Kreativlik tələb oluunan sahələrdə isə hələ də insan beyninə ehtiyac çoxdur:

“Süni intellekt sürücü, aşpaz, ofisiant kimi işləri asanlıqla əvəzləyə bilir. Qrafik, dizayn işlərini də artıq bu platformalar üzərindən işləyirlər. Amma, süni zəka kreativlik tələb edən işlərdə az istifadə ediləcək. Bəzi sahələr var ki, mütləq qaydada insan beyninin təxəyyülü lazımdır. Çünki, süni zəkaya hansısa proqram yazılır və o proqram sayəsində işləri öyrənərək görür”.

Mütəxəssis artıq Azərbaycanda da bir sıra sahələrdə süni intelektin tətbiq olunduğunu bildirir. Onun sözlərinə görə, bu ehtiyac zamanla daha da artacaq:

“Bizdə bank sahəsində buna axın aydın görünür. Bir çox hallarda vətəndaşla danışan operatorlar əslində süni intellektlə yaradılmış proqramdır. Sadəcə olaraq vətəndaş bunu hiss etmir. Həmçinin proqramlaşdırma, dizayn sahəsində də istifadə edilir. Proqrama əmrlər verilir və o qısa zamanda istədiyimiz dizaynı verir. Bəzi halalrda tam ideal nəticə olmur. Amma istənilən halda bu üsul işə yarayır. “Front”, “end” developerlər kodların yığılmasında süni zəkanın imkanlarından istifadə edirlər. Kodlar vasitəsi ilə təmizlikçi, sürücü və digər fiziki şəxslərin də işi süni intellektlə əvəzlənəcək. Süni zəkadan xüsusilə xərclərin minimuma endirilməsi üçün istifadə olunur. Bu, şirkətlərə imkan yaradır ki, bir proqram ilə bir neçə şəxsin işini icra edə edə bilsinlər”.

OXŞAR XƏBƏRLƏR
Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

Mobil telefonlar hansı hallarda partlaya bilər?

Mobil telefonlar hansı hallarda partlaya bilər?

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 11:42

    Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz
    Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz
  • 11:41

    Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
    Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
  • 11:34

    Zaqatalada nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb
  • 11:31

    Məhkəmə “Emiland” şirkətini cərimələyib
  • 11:27

    Prezident İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıb
  • 11:25

    3 orta ixtisas təhsili müəssisəsinə yeni rəhbərlər təyin edilib
  • 11:20

    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
  • 11:17

    Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub
Menyu