http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Qurban Səfərov: "Premyer Liqaya yüksəlmək üçün sabah əlimizdən gələni edəcəyik" - AÇIQLAMA

15 May 2024 , 17:10
Qurban Səfərov: "Premyer Liqaya yüksəlmək üçün sabah əlimizdən gələni edəcəyik" - AÇIQLAMA

"Sabahkı oyuna final oyunu kimi baxırıq. Əlimizdən gələni edəcəyik ki, Premyer Liqaya yüksələk".

Bu sözləri "Operativ Media"ya açıqlamasında "Şamaxı" klubunun futbolçusu Qurban Səfərov bildirib.

Gənc futbolçu sabah "Qaradağ Lökbatan"a qarşı keçirəcəkləri oyun haqqında danışıb.

"Sabah əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, Premyer Liqaya yüksələk. Komandada ab-hava yaxşıdır. Hamı bu oyuna köklənib. Oyunun əhəmiyyətini yaxşı başa düşürük. Ancaq pozitiv fikirləşirik".

Qurban Səfərov 1-ci Liqanın ilk turlarından "Şamaxı"nın favorit göstərilməsinə baxmayaraq çempionatın çətin keçdiyini bildirib.

"1-ci Liqada çətin oyunlar çox oldu. Biz özümüz də çətin vəziyyətə düşsək də toparlanmağı bacardıq. Premyer Liqaya yüksəlmək istəyən klublar çox idi. Bu da çempionatı maraqlı edən əsas amillərdən biri idi. Bu vəziyyətdə olmağımızda hakim səhvləri də rol oynadı".

Gənc futbolçu 1-ci Liqadakı problemlərdən də danışıb.

"1-ci Liqada ən böyük problem stadionların pis vəziyyətdə olmasıdır. Hər oyundan sonra zədələnmələr mütləq olurdu".

Qeyd edək ki, 1-ci Liqada "Qaradağ Lökbatan" 53 xalla 1-ci, "Şamaxı" isə 51 xalla 2-ci pillədədir. Sabah "Qaradağ Lökbatan" doğma meydanda "Şamaxı"nı qəbul edəcək.

OXŞAR XƏBƏRLƏR
Kilyan Mbappe "Alaves"lə oyunda zədələnib

Kilyan Mbappe "Alaves"lə oyunda zədələnib

Avropa Liqası: "Qalatasaray" PAOK-a, "Mançester Yunayted" "Tvente"yə qarşı

Avropa Liqası: "Qalatasaray" PAOK-a, "Mançester Yunayted" "Tvente"yə qarşı

Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar

Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar

XƏBƏR LENTİ
  • 10:28

    İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir
  • 10:11

    Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:05

    FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib
  • 10:02

    Bakıda Kiberdiplomatiya üzrə beynəlxalq konfrans öz işinə başlayıb
  • 09:58

    “Tost” maliyyə piramidası ilə bağlı araşdırma aparılır
    “Tost” maliyyə piramidası ilə bağlı araşdırma aparılır
  • 09:54

    Kilyan Mbappe "Alaves"lə oyunda zədələnib
  • 09:51

    Ərdoğan və Şahbaz Şərif arasında görüş olub
  • 09:45

    Birinci Qarabağ müharibəsində itkin düşən daha iki şəhid dəfn ediləcək
Menyu