http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Ruslan Əmircanov: "Premyer Liqanı "Qəbələ"siz təsəvvür edə bilmirəm"

16 May 2024 , 14:54
Ruslan Əmircanov: "Premyer Liqanı "Qəbələ"siz təsəvvür edə bilmirəm"

"Premyer Liqanı "Qəbələ"siz təsəvvür edə bilmirəm".

Bu sözləri "Operativ Media"ya açıqlamasında Azərbaycan millisinin və "Qəbələ" klubunun sabiq futbolçusu Ruslan Əmircanov bildirib.

O, "Qəbələ" klubunun Azərbaycan futboluna xeyir verdiyini deyib.

"Qəbələ" ilə bağlı verilən qərara təəssüfləndim. Mən özüm də bir il "Qəbələ"də oynamışam. "Qəbələ" Azərbaycan futboluna bu günədək xeyir verib və 1-ci Liqaya düşsələr belə xeyir verməyə davam edəcəklər. Belə infrastrukturu, bazası olan ikinci bir klub yoxdur. Amma idman prinsiplərini də nəzərə almaq lazımdır".

Ruslan Əmircanov "Qəbələ"nin 1-ci Liqada mübarizə aparıb yenidən Premyer Liqaya qayıtmalı olduğunu vurğulayıb.

"Qərar verilməmişdən qabaq Premyer Liqada komanda sayının artırılacağına ümid edirdim. Premyer Liqanı "Qəbələ"siz təsəvvür edə bilmirəm. Amma həvəsdən düşmək lazım deyil. Keçən il "Şamaxı" da eyni aqibəti yaşadı. Hal-hazırda 1-ci Liqada mübarizə aparıb Premyer Liqaya qayıtmaq istəyirlər. "Qəbələ" də 1-ci Liqada qarşısına məqsəd qoyub, maksimum nəticə göstərib yenidən Premyer Liqaya qayıtmalıdır".

OXŞAR XƏBƏRLƏR
Kilyan Mbappe "Alaves"lə oyunda zədələnib

Kilyan Mbappe "Alaves"lə oyunda zədələnib

Avropa Liqası: "Qalatasaray" PAOK-a, "Mançester Yunayted" "Tvente"yə qarşı

Avropa Liqası: "Qalatasaray" PAOK-a, "Mançester Yunayted" "Tvente"yə qarşı

Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar

Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar

XƏBƏR LENTİ
  • 10:28

    İlqar Musayev: Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən beynəlxalq konfrans Azərbaycanın bu sahədə artan nüfuzunu əks etdirir
  • 10:11

    Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:05

    FHN: Ötən gün 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib
  • 10:02

    Bakıda Kiberdiplomatiya üzrə beynəlxalq konfrans öz işinə başlayıb
  • 09:58

    “Tost” maliyyə piramidası ilə bağlı araşdırma aparılır
    “Tost” maliyyə piramidası ilə bağlı araşdırma aparılır
  • 09:54

    Kilyan Mbappe "Alaves"lə oyunda zədələnib
  • 09:51

    Ərdoğan və Şahbaz Şərif arasında görüş olub
  • 09:45

    Birinci Qarabağ müharibəsində itkin düşən daha iki şəhid dəfn ediləcək
Menyu