http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda kritik informasiya infrastrukturunun kibermüdafiəsi gücləndirilir

16 İyul 2024 , 23:49
Azərbaycanda kritik informasiya infrastrukturunun kibermüdafiəsi gücləndirilir

09-11 iyul tarixlərində Azərbaycan nümayəndə heyəti kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyi və kriptoqrafiyanın inkişafı mövzularında qardaş Türkiyənin sahə üzrə aparıcı dövlət qurumları, qabaqcıl elmi tədqiqat və ali təhsil müəssisləri ilə önəmli görüşlər keçirmişdir. 

"Operativ Media" xəbər verir ki, sözügedən görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov və Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov da iştirak etmişdir. 

Səfər zamanı Türkiye Siber Güvenlik Kümelenmesinin (TSGK) Genel Koordinatörü Alpaslan Kesici və TSGK-dən olan heyətlə Azərbaycan nümayəndə heyəti arasında kritik informasiya infrastrukturlarının kibertəhlükəsizliyi, həmçinin kiberməkanda texnoloji suverenliyin təmin olunması da daxil olmaqla bir çox strateji məsələlər müzakirə edilmişdir.

Daha sonra D.Rüstəmov və E.Nəsirovun Türkiyənin Sakarya Universitetinin (SAU) rektoru Prof. Dr. Hamza Al ilə görüşü zamanı müzakirə edilən məsələlər arasında kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyi sahəsində magistr, doktor və zəruri ixtisasartırma kurslarında kadr hazırlığı da müzakirə edilmişdir. Görüş zamanı Prof. Dr. İbrahim Özçelik tərəfindən SAU-da qurulmuş Türkiyənin ən böyük Kritik Altyapıların Ulusal Test Yatağı Merkezinin imkanları və real kiberhücum ssenariləri nümaiş etdirilmişdir. SAU-nun sahə üzrə uzmanları ilə DTX-nin mütəxəssisləri arasında kritik infrastrukturlara yönəlmiş ən son kiberhücum ssenariləri və Türk dövlətlərinin kibertəhdidlərlə mübarizədə ortaq işbirliyi müzakirə edilmişdir.

Daha bir önəmli görüş İstanbul Texniki Universitetində (İTU) baş tutmuşdur. Müzakirələrdə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasında kriptoqrafiyanın inkişafına dair nəzərdə tutulmuş tədbirlərin icrası zamanı Türkiyə təcrübəsinin öyrənilməsinin xüsusi əhəmiyyəti vurğulanmışdır. Bu məqsədlə kriptoqrafiya sahəsində Türkiyənin tanınmış elm adamları ilə görüşlərin davamı olaraq, İTU-da önəmli görüşlər və zəruri müzakirələr aparılmışdır. Görüş çərçivəsində İTU-da kompüter elmləri ixtisası üzrə təhsil alan Azərbaycanlı gənc tədqiqatçı və tələbələrlə də müvafiq söhbət aparılmış, onların uğurları və gələcək planları dinlənilmişdir.

Səfər tərəflərin kibertəhlükəsizlik sahəsində birgə addımlar atmaq və gələcəkdə daha sıx əməkdaşlıq həyata keçirmək istəyi ilə yekunlaşmışdır.

OXŞAR XƏBƏRLƏR
“AzPost Mobile” tətbiqi istifadəyə verilib

“AzPost Mobile” tətbiqi istifadəyə verilib

AQTA-da Türkiyədən olan mütəxəssislər və FAO-nun nümayəndələri ilə görüş keçirilib

AQTA-da Türkiyədən olan mütəxəssislər və FAO-nun nümayəndələri ilə görüş keçirilib

Vətəndaşlar şikayətçidir: "İnternetin qiyməti artıb, amma sürəti yox" - RƏSMİ CAVAB

Vətəndaşlar şikayətçidir: "İnternetin qiyməti artıb, amma sürəti yox" - RƏSMİ CAVAB

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu