http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Türkiyə-Azərbaycan Universitetində tədris prosesi başlayıb

23 Sentyabr 2024 , 16:20
Türkiyə-Azərbaycan Universitetində tədris prosesi başlayıb

Sentyabrin 23-də Azərbaycan Texniki Universiteti, Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetinin tərəfdaşlığı ilə fəaliyyətə başlayan Türkiyə Azərbaycan Universiteti (TAU) ilk tələbələrini qarşılayıb.

"Operativ Media" xəbər verir ki, fakültənin professor-müəllim heyəti ilə görüşən tələbələr öz bölmələri və kursları haqqında məlumat alıblar.

TAU-da Orta Şərq Texniki Universiteti ilə birgə kompüter mühəndisliyi, İstanbul Texniki Universiteti ilə birgə sənaye mühəndisliyi və Hacettepe Universiteti ilə birgə qida mühəndisliyi ixtisasları üzrə tədris təşkil olunacaq.

Türkiyə-Azərbaycan Universitetində 90-a yaxın tələbə təhsil alır. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün “Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilir.

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələri tətbiq etdikləri Türkiyə Respublikasının müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını həmin ali təhsil müəssisələri ilə birgə idarə etmək hüququna malikdirlər. Azərbaycanın həmin ali təhsil müəssisələri maddi-texniki baza imkan verdiyi hallarda Türkiyə–Azərbaycan Universiteti üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

OXŞAR XƏBƏRLƏR
Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib

Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib

Cəlilabadda qaz təchizatında fasilə olacaq

Cəlilabadda qaz təchizatında fasilə olacaq

Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib

Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib

XƏBƏR LENTİ
  • 18:26

    Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib
  • 18:12

    Cəlilabadda qaz təchizatında fasilə olacaq
  • 18:07

    Moskvanın mərkəzində 19-cu əsrin sonlarına aid tikili yanıb
  • 17:57

    Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
  • 17:36

    Milli Məclisin İntizam komissiyası formalaşdırılıb
  • 17:33

    Məhkəmə “Krono Az” şirkəti ilə bağlı qərarı elan edib
  • 17:29

    ADY: 1 ay əvvəlcədən bilet alanlara 15% endirim ediləcək
  • 17:24

    Azər Fərəcov: Bakı-Sumqayıt qatarları ilə gündəlik rekord sayda sərnişin daşınır
Menyu