http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Əli Əsədov Belarusun fövqəladə hallar naziri ilə görüşüb

25 Sentyabr 2024 , 15:49
Əli Əsədov Belarusun fövqəladə hallar naziri ilə görüşüb

entyabrın 25-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın bütün spektri üzrə dinamik inkişafın təmin edilməsində dövlət başçılarının əsas rolu bildirilib.

Bildirilib ki, iki ölkənin Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində, o cümlədən təcrübə mübadiləsi və təlimlərin keçirilməsi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri yaradılıb.

Azərbaycan və Belarus Fövqəladə Hallar Nazirliyi arasında 2006-cı il tarixli Əməkdaşlıq Sazişinin həyata keçirilməsi üzrə 2025–2027-ci illər üçün Kompleks Tədbirlər Planının bu ilin iyun ayında imzalanmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib, yanğınsöndürmə texnikasının tədarükü məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"

Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"

Ararat Mirzoyan Annalena Berbok ilə Azərbaycanla normallaşmanı müzakirə edib

Ararat Mirzoyan Annalena Berbok ilə Azərbaycanla normallaşmanı müzakirə edib

Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib  - FOTO

Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib - FOTO

XƏBƏR LENTİ
  • 18:09

    Azad olunmuş ərazilərə oktyabr ayı üçün biletlər satışa çıxarılır
  • 18:02

    DSMF: Sentyabrın bütün sosial ödənişləri yekunlaşıb
  • 17:57

    Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"
    Ayxan Hacızadə: "Ermənilərin Qarabağı tərk etməsi onların öz seçimi olub"
  • 17:42

    "Kəpəz"in futbolçusu 3 həftəlik sıradan çıxdı
  • 17:42

    Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
  • 17:31

    Ararat Mirzoyan Annalena Berbok ilə Azərbaycanla normallaşmanı müzakirə edib
  • 17:24

    Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib - FOTO
    Nyu-Yorkda TDT XİN başçılarının qeyri-rəsmi görüşü keçirilib  - FOTO
  • 17:19

    Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq
Menyu